adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Oktyabr 2018 14:40
81591
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

Bir mafioz krışalıq elədiyi obyektlərdən pul yığmaq üçün lal-kar bir adam işə götürür ki, əgər polis tutsa heç nə deyə bilməsin. Ayın başında lal-kar pulu gətirmir. Cangüdənləri onu «hop-stop» edib gətirirlər mafiozun yanına. Pulu soruşurlar, başa sala bilmirlər. Tez bir loqoped tapıb gətirirlər. Loqoped mafiozun sözünü ona tərcümə edir ki, pul hanı? Deyir, yoxdu.

Bu vaxt mafioz tapançanı çıxarıb dirəyir kəlləsinə ki, it oğlu, pul hanı? Loqoped yenə tərcümə edir.

Lal-kar deyir:

- Xalamgilin həyətində böyük bir armud ağacı var, onun altında basdırmışam, iki yüz min dollardı.

Mafioz loqopedə baxır.

Loqoped:

- Deyir, vermirəm, özü də onu məni öldürməyə nə duxu çatar, nə də kişiliyi.