adalet.az header logo
  • Bakı 16°C
03 Oktyabr 2018 14:26
13295
MARAQLI
A- A+

TOYA SALDIĞIM QIZILI QAYTAR

Türkiyədə bir nəfər toyuna gəlməyən adamı məhkəməyə verib. Tələb edib ki, vaxtilə mən onun toyuna gedib qızıl pul salmışam, amma o mənim toyuma gəlməyib, qızılı qaytarsın. Məhkəmə də qərar çıxarıb, icraçılar da gedib həmin adamdan eyni qızıl puldan birini alıb gətirib veriblər şikayətçiyə.

Bizdə də olur bəzən belə şeylər. Toyuna gəlməyən adama bir kasa küftə-bozbaş, yüz qram araq göndərib deyir ki, toyuma gəlməmisən, küftə-bozbaşını ye, yüz qramını iç, pulumu göndər.

Doğrudan da eyni millətik.