Nicat NOVRUZOĞLU: MÜDİR MƏNİ NİYƏ DANLADI?

NİCAT NOVRUZOĞLU
60980 | 2018-10-04 15:23

Bəzən müdiri mənöz maşınımla ora-bura aparmalı oluram. Adamı da o qədər danlayır ki, yavaş sür, yolun sağın götür, solun götür, qabaqdakımaşından ehtiyatlı ol.

- Müdir, vallah,görürəm.

- Axmaq, axmaq danışma. Heç görmüsən ki, kimsə gözünü yumub maşınsürsün? Hamı görür də! Bəs, onda bu qəzalarniyə olur? Mən olmayanda bu maşını nə təhərsürürsünüz?

Uşaqlar deyir ki, Şumaxer də müdirinsürücüsü olsa, dünyanın bir nömrəli avtoşunu danlayacaq ki, pis sürürsən. Amma özü qırx ildən çoxdu maşın sürür, mən onun yanında Şumaxerəm.

Bir də görürsən bütüngünü müdiri gəzdirməli oluram. Səhər danlayırki, bugün qəzetdə niyə yazın çıxmayıb?Deyə bilmirəm ki, bu gün qoymusan işdə oturam? Neyniyim, müdirdi də.

Heç futbolla aramyoxdu. Futbol olanda axşam da çağırırki, gəl gedək futbola. Futbola getmək öz yerində, gərək 90 dəqiqə də «Qarabağ-Qarabağ» çığıram. Hər oyundansonra da iki-üç gün səsim batır.

Yenə gedirik. Deyir,yaz də, bir belə mövzu var, niyə yazmırsan?

- Nəyi yazım , müdir?

- Bax, Bakıda azqala bir milyon maşın var, bunların da 90 faizisiqaret çəkir, hələ yanındakılar da.Sonra da ədəbsizcəsinə atırlar küçəyə,şəhəri zibilləyirlər. Süpürgəçilərsüpürməkdən yorulur, hələ görmürsən maşın davurur onları. Yaz, müzakirə mövzusu aç. İctimai qınaqçox ciddi məsələdi. Bax, susuruq deyin, ictimai qınaq yoxdudeyin, kim nə istəyir eləyir. Bax, bax, qabaqdakı maşına, mədəniyyətsiz, siqareti atdı küçəyə. Budey, onunşəklini çək, ver qəzetə, qoy utansın.

- Müdir, gəlib adamı döyərlər ey.

- Qələt eləyərlər, iki metr boyun var,səni döymək olar?! Bax, işə qayıdan kimi bunu yazarsan

Sonramüdir pəncərəni açdı əlindəki siqareti çırtmaylaatdı bayıra.

-Ə, nemes, birdən bunu da yazarsan ey.

-Ağzım nədi, müdir.

Məndə yazmadım. Dedim, hirslənib işdən çıxarar.

P.S.Bu yazı siqaret cərimələrindən əvvəl yazılıb – 01. 05.2018.


TƏQVİM / ARXİV