adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Oktyabr 2018 14:17
6706
HADİSƏ
A- A+

Novxanıda avtomobil 2 piyadanı vurub öldürdü

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi "İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.