adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Oktyabr 2018 13:41
5131
GÜNDƏM
A- A+

Dilqəmlə Şahbazın məsələsində yenilik yoxdur - RƏSMİ

Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı məsələdə hələ ki yenilik yoxdur.

Bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

O qeyd edib ki, beynəlxalq tədbirlər çərçivəsində daim bu məsələ qaldırılır, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "qanunları” ilə məhkum edilən azərbaycanlıların azad edilməsi ilə bağlı çağırışlar edilir:

"Təəssüflər olsun ki, bununla bağlı hələ ki irəliləyiş yoxdur. Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Qırğızıstanda keçiriləcək sessiyasında iştirak etmək üçün yola düşüb. Onlar sessiyanın gündəliyində olan bütün məsələlərə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli və girovların azad edilməsi ilə bağlı fikirlərini səsləndirəcəklər".

Vitse-spikerin sözlərinə görə, təbii ki, konkret mexanizmlər və real təsirlər olmadan səsləndirilən fikirlər divarlar arasında qalır. Bununla belə, hesab edirəm ki, məsələnin gündəlikdən düşməsinə imkan vermək olmaz. Sona qədər bu məsələni diqqət mərkəzində saxlayacağıq və təkcə o insanların deyil, öz ölkəsində hərəkət imkanları məhdudlaşdırılan insanların da öz doğma yurdlarına qayıdışının təmin edilməsində ciddi qərarların qəbul olunmasına çalışmaq lazımdır”.(modern.az)