Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Tanınmış teleaparıcı: “O şeirə görə səhərə qədər içib ağlamaq olar” Adalet.az | Tanınmış teleaparıcı: “O şeirə görə səhərə qədər içib ağlamaq olar” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Tanınmış teleaparıcı: “O şeirə görə səhərə qədər içib ağlamaq olar”

47553    |   2018-10-03 13:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Adalet.az tanınmış teleaparıcı Rahil Sayadoğlu ilə kitab söhbətini təqdim edir.

- Neçə yaşından kitaba marağınız var?

- Yalandan deməyəcəm ki, "uşaqlıqdan kitaba marağım olub" filan. Kitabla ilk səmimi və ciddi tanışlığım 10-11-ci siniflərdə baş tutub. Cəfər Cabbarlının "Oqtay Eloğlu" faciəsini oxuyurdum. Oqtayın illər sonra dilənən bacısı ilə qarşılaşdığı səhnəyə çatanda gözlərim yaşardı. O əsərlə Cabbarlı yaradıcılığına heyran oldum. Sonra tələbəlik illəri gəldi və "Ədəbi yaradıcılıq" fakültəsinin tələbəsi olaraq çoxlu sayda ədəbi əsərlərlə tanış oldum. Kitaba, oxumağa sevgi artan xətlə inkişaf etdi.

- Əsasən hansı kitabları oxuyursunuz?

- Xatirə ədəbiyyatı çox xoşuma gəlir. Kitab dükanlarına gedəndə daha çox avtobioqrafik kitablar və memuar ədəbiyyatından nəsə axtarıram. Bilmirəm, yaşla bağlıdır, ya nədəndir, mənə artıq yaradıcı uydurmalardan daha çox olmuş hadisələr, faktlar maraqlı gəlir. Bir də elmi-kütləvi kitablardan zövq alıram. Amma dili çox da çətin olmayanlardan. Terminlərlə bol kitablar yorur adamı.

- Müasir yazarlarımızı mütaliə edirsinizmi? Kimləri bəyənirsiniz?

- Müasir yazarlarımızı mütaliə etmirəm. Bunu da öz günahım hesab edirəm. Amma başlamışam. Son 2 ayda Seymur Baycanın yazılarını acgözlüklə oxuyuram. Seymurun köşələrindən maraqlı informasiyalar, yaxud deyimlər əldə edirəm deyə xoşuma gəlir. Aqşinin "Göləqarğısancan" romanından elə zövq almışam ki, o kitaba bir də qayıdacağam. Ömər Xəyyamın köşələri çox gözəldir. Şərif hocanın (Şərif Ağayar – red) dəsti-xəttini çox bəyənirəm. Onun adicə qısa yazılarını oxuyuram, təsvirləri çox əladır. Adamı alıb aparır hadisələrin içinə. Xüsusilə ara-sıra Laçınla bağlı xatirələrini bölüşür, zövq alaraq oxuyuram.

- Sizcə kitab insanları dəyişir? Elə isə sizi götürək.

- Bilmirəm, dəyişmək sözü doğru ifadədir, ya yox, amma belə də demək olar: kitab insanı ayıldır, təmizləyir, sakitləşdirir. İç dünyan nə iləsə dolur, özünü dolu hiss eləyirsən. Mən ilk dəfə bu hissi Hüqonun "Səfillər"ini bitirdikdən sonra keçirmişəm. Çox möhtəşəm hisdir. Bir yaradıcı tapıntı, bir yaxşı deyim, bir maraqlı fakt adamın ürəyinə elə yağ kimi yayılır ki, onu heç nə ilə əvəz edə bilməzsən.

- Evdə kitabxananız var? Nə qədər kitab olar?

- Var. Tələbəlik illərimdən bu yana xeyli kitab toplamışam. 200-ə yaxın olar. Bəlkə də daha çox. Çoxunu oxumamışam. Əslində çox qəribə mərhələdəyəm. Təzələrə keçmək əvəzinə oxuduqlarıma geri qayıdıram. Çünki hiss edirəm ki, oxusam da yenidən oxuyub nələrisə yadda saxlamağa ehtiyacım var. Ona görə də qayıdıb bu dəfə maraqlı tapıntıların altından xətt çəkə-çəkə oxuyuram. Ümumiyyətlə, kitabları xətləmək, işarələmək ən sevdiyim işlərdən biridir.

- Əsasən, hansı dildə oxuyursunuz və Azərbaycan dilinə tərcümələri bəyənirsinizmi?

- Azərbaycan dilində oxuyuram. Rus və ingilis dilim o qədər də güclü deyil. Tərcümələrin də bəzilərini bəyənirəm. Hamısını yox. Yəqin ki, bu da təbii haldır. Çünki hələ də xeyli uğursuz tərcümə işləri var. Amma bu barədə geniş danışa bilmərəm. Çünki ən azı sahəm deyil. Bunu mütəxəssislər daha yaxşı bilər.

- Daha çox roman oxuyursunuz, ya hekayə kitabları, ya şeir?

- Şeirə sevgim ayrı cürdür. Atam da şeir yazır, uşaqlıqdan onun şeirləri ilə böyümüşəm. Yəqin ki, şeirə marağımın əsas səbəbi budur. Roman isə ciddi səbr, vaxt tələb edir. Çoxdandır oxumuram, amma özümü toparlayıb başlayacağam. Tələbə vaxtı daha çox oxuyurdum.

- Deyirlər, indi kitab oxunmur, sizcə doğrudur?

- Mən belə deməzdim. Kitab oxunur, sadəcə olaraq hamı oxumur. Ki, bu da təbii haldır. Hamı kitab oxuya bilməz. Çünki kimisinin buna vaxtı yoxdur, kimisinin həvəsi. Kitab oxumaq seçimdir. Mənəvi ehtiyacdır. Kimisi buna ehtiyac duymursa, oxumur. Oxuyanlarımız var, amma sayları azdır. Amma düşünürəm ki, kitab oxumaq son illər aparılan təbliğat nəticəsində bir az da dəb halını alıb. Kitabla foto paylaşmaq, kitab almaq bir növ trendləşib. Mən isə buna sevinirəm. Təki dəbə minən elə kitab olsun.

- Ən çox sevdiyiniz roman, hekayə, şeir.

- Çoxları kimi klassik nümunələri çox sevirəm. "Səfillər", "Alçaldılmış və təhqir edilmiş insanlar" və s. "Çərpələng uçuran" gözəldir, Ordubadinin "Qılınc və Qələm" romanı möhtəşəmdir. Yaxşı maliyyə dəstəyi ola, bir prodakşn önə çıxa, bu romanın motivləri əsasında şedevr teleserial çəkmək olar. Türklərin "Möhtəşəm yüz il"indən daha təsirli və daha güclü. Bundan başqa Vatslav Havelin "Susqunluğun anatomiyası", Rişard Kapuşinskinin "Şahənşah" əsəri də bəyəndiklərim sırasındadır.

- Şairlərimizdən kimləri bəyənirsiniz?

- Aqşin Yeniseyin şeirlərindən ləzzət alıram. Aqşin Evrənin bədii tapıntılarını çox bəyənirəm. Qismət bir mükafatdır ədəbiyyatımıza. Oxu, oxu, doymursan. Cəlil Cavanşirin "Qayıt gəl" şeiri ilə səhərə kimi içib ağlamaq olar (gülür).

- Özünüz nəsə yazmaq istəmisiniz nə vaxtsa?

- Əksər yeniyetmələr kimi mən də şeirlər yazmışam. 2008-2011-ci illər ərzində müxtəlif əyləncə saytlarında şeirlərim paylaşılırdı. Sonralar yazmadım. Çünki həvəskar yazırdım və bu sahədə irəliləmək fikrim yox idi.

- Son olaraq kitab sizin üçün nədir?

- Kitab mənim üçün ehtiyacdır. Məsələn, futboldan necə zövq alıramsa, kitabdan da o cür zövq alıram. Bizdə evdə iki şeydən çoxdur: biri Juventusun atributları, biri də kitablar.


Söhbətləşdi: Ayxan Ayvaz



İmza:

“Mən o insanlar üçün darıxıram” - Akif Aşırlıyla yubiley söhbəti

“Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir” - MÜSAHİBƏ

Azərbaycanlılar kitab oxumağı sevirlər... - Elman dayının müsahibəsi

İlham Əliyev Mirşahinə müsahibə verdi - VİDEO - YENİLƏNİB

Əli Həsənov: "Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir"

İlham Əliyev: “Etimad itirilir, gözləntilər pozulur və biznesi aparmaq çətinləşir” - MÜSAHİBƏ

Dünyada bizdəki qədər şeir yazan yoxdur... - MÜSAHİBƏ

“Bakıda mitinq keçirməyə icazə verilməməsi üçün vəsatət qaldıracağam” - Paytaxtın polis rəisi

“Dünyaya çıxmaq üçün əlləşən adam deyiləm...” - Yazıçı Aqil Abbasla müsahibə

"Qorxuruq, iş gedib çıxa ATƏT-ə" - YUĞ-da direktor-rejissor çəkişməsi

Tanınmış karikaturist: Dindarlardan hədə-qorxu mesajları alırıq... - MÜSAHİBƏ

Vidadi Həsənov YUĞ-dan çıxarılan aktyor barədə : "Bunlar hamısı boş şeylərdir"

SON XƏBƏRLƏR
2019-02-22
2019-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK