adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Oktyabr 2018 12:40
14948
ELM VƏ TƏHSİL
A- A+

UNEC-də tələbələrə xüsusi təqaüdlər VERİLİR

UNEC-də tələbələr üçün xüsusi və ikinci əlaçı təqaüdləri mövcuddur.

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bildirilib ki, 600-dən yuxarı bal toplayaraq, UNEC-ə qəbul olunan hər bir tələbəyə universitet hesabına tədris ilinin ilk semestri boyunca 100 AZN məbləğində əlavə təqaüd verilir:

"Eyni zamanda UNEC-i seçən beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qalibləri də bir semestr ərzində 100 manat məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində "ikinci əlaçı təqaüdü” verilir. Bunlar ödənişli və ya ödənişsiz təhsil alan tələbələr də ola bilər”.