adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Oktyabr 2018 12:38
3410
HADİSƏ
A- A+

Nazirlik ağır qəza ilə bağlı son vəziyyəti AÇIQLADI

Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin vəziyyəti ağır stabildir.

"7 nəfər travmatologiya şöbəsində, 1 nəfər müştərək travmatologiya şöbəsində, 2 nəfər isə uşaq travmatologiya şöbəsindədir. Onların vəziyyətləri stabildir, müalicələri davam edir. Kliniki Tibbi Mərkəzdə hazırda 3 nəfər var. Onlardan 2-i bu gün evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, vəziyyəti ağır stabildir”.


Qeyd edək ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.