adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Oktyabr 2018 11:49
4298
GÜNDƏM
A- A+

UNISEF: Azərbaycanda körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsi hələ də aşağıdır

Azərbaycanda körpələrin yalnız ana südü ilə qidalandırılması səviyyəsi hələ də aşağıdır.

Adalet.az-ın məlumatına görə, bunu UNISEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan deyib.

UNISEF-in də Azərbaycana ana südü ilə qidalandırma səviyyəsinin artmasına dəstək verdiyini deyən M.Yuan qeyd edib ki, son illər ərzində Azərbaycanda ana və körpə sağlamlığı sahəsində çox mühüm işlər görülüb və görülən işlər öz bəhrəsini verməkdədir.

Onun sözlərinə görə, Azərbaycan hökuməti və UNISEF anaların körpələrini ana südü ilə qidalandırmasına kömək etmək məqsədilə geniş maarifləndirmə kampaniyaları həyata keçirir, "Körpə dostu klinikası" təşəbbüsünün yenidən bərpası üçün səy göstərir. Eyni zamanda, UNISEF tibb bacıları üçün təlimlərin keçirilməsinə, körpələri yalnız ana südü ilə qidalandırma səviyyəsinin artmasına dəstək verir.

M.Yuan qeyd edib ki, cəmiyyətə ana südünün əhəmiyyəti barədə düzgün fikirlərin çatdırılması çox vacibdir. O, UNISEF-in Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq etdiyini də söyləyib.