bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri Adalet.az | Nura çəkdi batanları – Saday Şəkərlinin şeiri Adalet.az | Nura çəkdi batanları – Saday Şəkərlinin şeiri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Nura çəkdi batanları – Saday Şəkərlinin şeiri

8711    |   2018-10-03 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


"Qalx ayağa Azərbaycan"

Deyib getdi Məmməd Araz.

Yatanlara yumruğunu,

Düyüb getdi Məmməd Araz.


Yadlar toxudu xalımı,

Ayılar yedi balımı,

Yaman gündəki halımı,

Duyub getdi Məmməd Araz.


Hüzurunda üzüm qara,

Araz sağalmaz bir yara,

Min dəfə daşa, divara,

Dəyib getdi Məmməd Araz.


Nura çəkdi batanları,

Bu gözləri badamları,

Əyilmədi, nadanları,

Əyib getdi Məmməd Araz.


Sevdi yurdun düzlərini,

Çayları, dənizlərini,

Uşaq kimi gözlərini,

Döyüb getdi Məmməd Araz.



İmza:
SON XƏBƏRLƏR
2019-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK