adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Oktyabr 2018 11:45
16520
ƏDƏBİYYAT
A- A+

Nura çəkdi batanları – Saday Şəkərlinin şeiri


"Qalx ayağa Azərbaycan"

Deyib getdi Məmməd Araz.

Yatanlara yumruğunu,

Düyüb getdi Məmməd Araz.


Yadlar toxudu xalımı,

Ayılar yedi balımı,

Yaman gündəki halımı,

Duyub getdi Məmməd Araz.


Hüzurunda üzüm qara,

Araz sağalmaz bir yara,

Min dəfə daşa, divara,

Dəyib getdi Məmməd Araz.


Nura çəkdi batanları,

Bu gözləri badamları,

Əyilmədi, nadanları,

Əyib getdi Məmməd Araz.


Sevdi yurdun düzlərini,

Çayları, dənizlərini,

Uşaq kimi gözlərini,

Döyüb getdi Məmməd Araz.