adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Oktyabr 2018 11:10
24021
ŞOU-BİZNES
A- A+

Nazim saç boyayıb, qaş alan kişi müğənniləri tənqid etdi

Müğənni Nazim Pişyari estetik əməliyyat etdirib, saç boyayan həmkarlarına söz atıb.

Adalet.az-ın məlumatına görə, "Faytonçu" ləqəbli ifaçı ARB TV-nin "Shou News” verilişində deyib ki, saçlarını boyayan, qaşlarını alan, silikonlu kişi müğənniləri bəyənmir:

"Nə üzümdə bir əməliyyat keçirmişəm, nə saçıma, nə də saqqalımı boya qoymuşam. Düşünürəm ki, necə varamsa, belə qalsam yaxşıdır.

Bu mənim subyektiv və şəxsi fikrimdir. Amma kimsə saçını boyayırsa, müəyyən estetik əməliyyatlar edirsə, yaxşı baxmıram”.