ANA SƏHİFƏ / ƏDƏBİYYAT

III Reyxin I nömrəli homoseksualı - Fürerin silahdaşı...

3872    |   2018-10-02 21:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"O kəs ki, kişi və qadınlar arasında eynicinsli məhəbbətə yol verir, onlar bizim düşmənlərimizdi!"
Nasional-Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) 1928-ci il seçki kompaniyasındakı çağırışı.
Lakin bu çağırışa baxmayaraq NSDAP-ın ən tanınmış simalarından biri, I Dünya Müharibəsi veteranı, partiya nəzdində yaradılan "Çevik Hücum Birlikləri (almanca Sturmabteilung və ya qısaca SA)" yarımhərbi təşkilatın yaradıcılarından biri, ən əsası fürer Adolf Hitlerin ən yaxın silahdaşlarından olan homoseksual (pederast) Ernst Röm 15 il nasistlərin düşmənləri sırasında olmadı...
Bu homoseksul-nasist 28 noyabr 1887-ci ildə Münhendə dünyaya gəlib.
Fransa-Prusiyya müharibəsi veteranı olan əmisi Ziqmund Römdən təsirlənən gənc Ernst hərbiçi olmaq qərarına gəlir. 1906-cı ildə Bavariya ordusuna yazılır, 21 yaşında "leytenant" rütbəsinə layiq görülür.
I Dünya Müharibəsində həm Qərb, həm də Şərq cəbhələrindəki döyüşlərdə iştirak edir. 1914-cü il Lotaringi və 1916-cı il Verden döyüşləri iştirakçısı olaraq, yaralanır (burnunun yuxarı hissəsini itirir, üzündən kəsik, sinəsindən müxtəlif qəlpə yaraları alır). Müharibə sona çatanda "kapitan" rütbəsində olur.
1918-ci il Almaniyada monarxiyanın devrilməsi və ordunun buraxılması prosesi baş verir. Versal sülhünə görə Almaniya hərbi hava qüvvələri, sualtı gəmilər də daxil olmaqla donanma saxlamaq hüququndan məhrum olundu və ona yalnız 100 minlik ordudya sahib olmasına icazə verildi. Sosial-demokratların hakimiyyəti dövründə yaradılan ordu "Reyxsfer" adlandırıldı. E.Röm də, bu orduda xidmətə başlayır və bu dövrdə onun, Bavariyada bolşeviklərin qiyamının yatırılmasında xidmətləri olur - qırmızılara qarşı xüsusi amansızlığı ilə seçilir.
Elə gələcək fürer Adolf Hitlerlə də, reyxsfer sıralarında tanış olur. Məhz, 1918-1919-cu illərdə hələ məşhur olmayan yefreytor A.Hitler reyxsferin Münhendə fəaliyyət göstərən "Siyasi partiyalara müşahidə və nəzarət" birliyində xidmət edən zaman onun ilk rəisi mayor Karl Mayer, sonra isə kapitan Ernst Röm olur. A.Hitler Alman Fəhlə Partiyasına (DAP) üzv olduqdan sonra kapitan Römü də, öz yanına çəkir.
E.Römün NSDAP-dakı fəaliyyətini 3 mərhələyə bölsək məqsədəuyğun olar:
I mərhələ 1921-1923-cü illərdəki fəaliyyəti - "SA"-nın yaradılması və "Piyvə qiyamı".
II mərhələ 1930-1933-cü illərdəki dövr - Boliviyadan qayıdaraq "SA"-ya yenidən rəhbərlik etdərək şəxsi heyətin sayının artmasına, siyasi mübarizəyə və Hitlerin hakimiyyətə gəlməsinə verdiyi tövhələr.
III mərhələ 1933-1934-cü illər - Hitler hökumətində ikinci şəxsə çevrilməsi, "SA"-nı vahid orduya çevirərək ali baş komandan olma cəhdləri, siyasi iflası və edamı.
1921-ci ildən partiyanın lideri A.Hitler olur və partiyanı NSDAP adlandırır. E.Röm isə öz növbəsində partiyanın nəzdində yarımhərbi birlik olan "SA"-nı yaradanlardan biri olur. "SA"-nın digər xüsusi cəhətlərindən biri də, o idi ki, rəhbər vəzifələrə gətirilənlərin əksəriyyəti E.Römün homoseksual sevgililəri idi ki, onlar haqqında irəlidə məlumat verəcəyik.
E.Röm yüksək təşkilatçılıq, liderliyi sayəsində "SA"-nı intizamlı hərbi birliklərə çevirdi, həmçinin onların sayını 15 dəfə artırdı. Beləki, əgər 1921-ci ildə onların sayı 2 min idisə, 1923-cü ildə 30 min oldu. Ölkədə baş verən ildırım sürətli infliyasiya, Fransız ordusunun Rur əyalətini işğal etməsi, buna müvafiq olaraq mövcud hökumətin təsirsizliyi qatı millətçi olan A.Hitlerin səbr kasasını daşırır və o, general Lündendorf basda olmaqla alman hərbi elitasına, "SA"-çılara arxalanaraq hakimiyyəti ələ almağa cəhd göstərir, lakin cəhdi uğursuzluqla nəticələnir. Bu hadisə tarixə "Piyvə qiyamı" adıyla düşür. Başda A.Hitler olmaqla üsyançıların demək olar ki, hamısı həbs edilir.
Elə gələcək fürerlə E.Röm arasında ilk fikir ayrılığı da, bu dövrə təsadüf edir. Belə ki, birinci, gələcəkdə hakimiyyəti yalnız seçki yolu ilə əldə etməkdən başqa optimist variantının olmadığını yəgin edir, "homoseksual cəngavər" isə silah gücü ilə hakimiyyəti götürmək fikrindən daşınmır.
1924-cü ildə həbsdən çıxan Röm gününü intim tələbatlarını ödəməklə keçirir, çünki uğursuz qiyamdan sonra "SA"-nın fəaliyyəti qadağan edilmişdi ("SA" yalnız 1925-ci ildə öz fəaliyyətini bərpa edir).
Elə Hitlerə, "silahdaşının" qeyri-ənənəvi seksual həyat tərzi ilə bağlı ilk kütləvi şikayətlərdə bu dövrə təsadüf olunur. Lakin o, bu şikayətlərə etinazsızlıq edir.
1925-ci ildə Römün homoseksuallığı böyük əks-səda doğurur. O, 17 yaşlı Herman Sigizmundu zorlamaqda ittiham edilir, lakin necə olursa, məsuliyyətdən qaça bilir. Bundan sonra o, hərbi təlimçi kimi Boliviyaya yollanır və 1930-cu ilə kimi orada yaşayaraq polkovnik-leytenant rütbəsinə yüksəlir. Orda yaşadığı müddətdə o depressiya keçirir, buna səbəb həmin ölkədə qeyri-ənənəvi seksual tələbatını ödəyə bilməmək idi. Bu barədə Röm keçmiş sevgilisi olan həkim-seksoloq Haymrot Karl Günterlə məktublaşmasında yazır: "mən bədbəxt dəliyəm, hansı ki, nə etdiyimi bilmirəm. Sənin mənə danışdığın Berlin həyatı məndə nostalji hislərimi oyatdı. Berlin hamamları, saunaları insan xöşbəxtliyinin uca zirvəsidi! Mən qayıtmağı səbirsizliklə arzu edirəm. Səndən bir xahişim var bacarsan mənə xoşladığım pornoşəkillər və bu kimi digər məzmunlu əşyalar göndər."
Römün bu "həsrəti" çox çəkmədi və Hitlerdən məktub alaraq, qayıdıb "SA"-nı yenidən dirçəltməyi xahiş edirdi. Əslində bu xahişində Hitler siyasi manevr məqsədi güdürdü, çünki Almaniyanın Şimal əyalətlərindəki "SA"-nın lideri Valter Ştenesin ona qarşı qalxması istər partiyada, istərsə də "SA"-da separatçı-təxribatçıların çoxalmasına gətirib çıxara bilərdi. Buna baxmayaraq, Hitler xarizma və natiqlik dühasından istifadə edərək V.Ştenes tərəfindən gələn təhlükəni əngəllədi, lakin ona güclü hərbi birləşmələr lazım idi, ona görə də "homoseksual cəngavərsiz" keçinmək çətin idi.
Hitler çox gözəl bilirdi ki, gələcəkdə Röm etdiyi xidmətlərinə görə ondan mənfəətlər tələb edəcək, bunu etmədikdə isə onunla qarşı-qarşıya gələcək. Məhz buna görə də, fürer qrasmeyster kimi vəzirin gücündən istifadə edərək əlverişli gedişlərlə şahın toxunulmazlığını və əsas fiqur olmasını təmin etmiş oldu. Yəni "mavi cəngavəri" "SA"-nın baş komandanı yox, qərargah rəisi təyin etdi. Baş komandan vəzifəsini isə özü ələ keçirdi.
Röm vəzifəyə təyin edildikdən sonra islahatlara başlayaraq, nəinki, "SA"-nı komplektləşdirdi, həmçinin onun sayını 500 minə qədər artırdı təbii ki, gəhvəyi mundir geyinmiş mavi "dostlarını" vəzifələrdə irəli çəkməklə...
Bu "cəngavər" nəinki mavi "SA"-çılarla yatır, həmçinin yataqdakı "sevgililərini" komandir-rəis vəzifələrində olması ilə yanaşı, hətta Reyxstaqa deputat mandatlarına da sahib etməyi bacardı.
Onun məşhur mavilər "qvardiyası" aşağıdakılardı:
Karl Ernst, Georq Bell, Edmund Haynes, Haynts-Ervin fon Şpretti-Voylbax, Avqust Şneydhuber, Hayn Hans, Qraf Hans Peter Heydebren, Dü Müllen Ekart, Yulius Ul, Vilhelm Şmid, Paul Rörbayn və digərləri.
Onların içərisindən 1932-ci ildə Reyxstaqa seçilən deputatlar: Avqust Şneydhuber, Hayn Hans, Karl Ernst, Vilhelm Şmid. Georq Bell isə "SA"-nın əks-kəşviyyat vəzifəsini ələ keçirir.
Bundan başqa bu "qvardiya" şeflərinin doymayan intim ehtiyacını təmin etmək üçün özünü xidmətdə yaxşı tərəfdən doğrultmuş gənc "SA"-çılardan namizədlər seçirdilər. O kəslər ki, mavi kimi xidmət göstərməkdən boyun qaçırırdı, onu heyvan kimi döyür, həbsə salır, yaxınlarını öldürməklə hədələmə və s. kimi fiziki-psixoloji təsirlərə məruz qoyurdular...
Hətta bu "qvardiya" içərisində olan Haynts-Ervin fon Şpretti-Voylbax yalnız homoseksual kimi deyil, həm də homopedafil kimi də, ad çıxarmışdı.
1932-ci ildə "SA"-nın şəxsi heyətinin sayı artıq 2 milyon olur. Elə həmin il Hitler alman vətəndaşlığını alır.
"SA"-nın tərkibindəki mavilər "klanın" sayı isə günbəgün artır və şaxələnirdi. Başda Münhen şəhəri olmaqla bütün Bavariya əyalətinin pivəxana, kazino, hamam və s. bu kimi yerlərdə mavilərin intim fəaliyyətləri pik həddə çatır...
"SA"-nın bu cür "gözəllikləri" NSDAP-ın siyasi rəqibləri olan kommunist, sosial-demokrat, liberallar və digərlər solçu partiyaların istehzalı təbliğatına gətirib çıxarır.
NSDAP-nın Berlin təbliğat üzrə qaulayteri (rəhbəri) Yozef Gebbels, Reyxstaqda bir nömrəli deputat German Gering, Paul Şults və digərləri fürerdən Römün bu biabırçılıqlarına son qoymağı qəti şəkildə tələb edirlər. Hətta Paul Şults fürerə müraciət edərək bildirir: "Münhendə kişi fahişələri "SA"-nı və NSDAP-ı mavilərin dayağı olmasından ağız dolusu danışırlar. Ən qorxulusu isə odur ki, marksistlər cəbhəsində Röm və onun ətrafının iyrənclikləri haqqında, hətta sizin də homoseksual olduğunuzu və kapitan Römlə sevişmənizdən yazırlar...!"


Hitler və Röm SA-nın sıralarında


Amma Hitler yenə də, bu məruzəni qulaq ardına vurur, çünki mavi "cəngavərin" xidmətindən kansler postunu tutmaq üçün, istifadə etməli idi. Həmçinin bu müddət ərzində Römün tabeliyində olan 2 milyondan çox böyük bir gücün olmasından ehtiyat edirdi. Bununla yanaşı Hitler, hakimiyyəti heç kimlə bölüşməyin də yolverilməz olduğunu anlayırdı.
1933-cü ildə Hitler Almaniyanın kansleri təyin edilir. Röm isə faktiki olaraq ikinci şəxsə çevrilir. Onu hətta portfelsiz nazirdə adlandırırdılar. Amma Röm bununla kifayətlənməyərək israrlı şəkildə yeni bir ordu yaratmağı və ali baş komandan olmaq istəyini gizlətmir. Şahmat dili ilə desək bu, fürerə "şah" xəbərdarlığı demək idi. 1934-cü ilin əvvəllərində Römün tabeliyindəki "SA"-nın şəxsi heyətinin sayı 4 milyon çatır.
Hitler mavi "cəngavəri" aradan götürməli idi, amma diplomatcasına. Bunun üçün fürer onun Prusiyya hərbi elitası ilə olan qarşıdurmasından məharətlə istifadə edir. Belə ki, Röm üç əsrdən artıq bir müddəti əhatə edən, Napaleon müharibələrindən tutmuş I Dünya Müharibəsinədək özünü doğrultmuş, Alman ordusunun Prussiya hərb ənənələrini kökündən dağıdaraq, onun əvəzinə "SA" tipli inqilabi ordu yaratmağı məqsəd qoymuşdu.
Elə Prussiya hərbi elitasının nümayəndəsi, I Dünya Müharibəsinin qəhramanı və ölkə başçısı olan Prezident Paul Hindenburqdan mavi "cəngavərin" dəftərinin bağlanmasına fürer xeyr-dua aldı. Həmçinin ordunun bu məsələdə kənarda qalmasını qoca feldmarşaldan xahiş edərək, bildirdi ki, bu partiyanın daxili məsələsidi. Römün aradan götürülməsi əməliyyat planını Hitler özü hazırladı və rəhbərlik edərək həyata keçirdi. Əməliyyatın həyata keçirildiyi məkan da, bəlli oldu - Münhen "Kurhayms Hansbauer" oteli idi. Məhz Röm və onun mavi "qvardiyası" adətən kef məclislərindən sonra adı çəkilən oteldə gecələyirdilər.
Əməliyyat 29 iyun 1934-cü ildə Hitlerin öz sadiq "SS" mühavizə birlikləri ilə otel üzərinə yürüşü ilə başladı. Röm və onun mavi "qvardiyası" gecəni möhkəm içdiklərindən hələ də, bərk yatırdılar. Hitler heç bir maneə ilə rastlaşmadan oteli ələ keçirdi. Röm və digər rəhbər "SA"-çılar öz "cütlükləri" birgə yaxalandılar. Yalnız Edmund Haynes sürücü "sevgilisi" ilə birgə müqavimət göstərmək istədi və yerindəcə gülələndilər. Başda Röm olmaqla bütün mavi "qvardiya" eləcə də Römə sadiq olan digər "SA"-çılar da həbs edərək Münhendəki Ştadelhayn həbsxanasına salındılar. Həbs olunanların ümumi sayı 200-dən çox idi. Bir gün sonra bütün mavi "qvardiyaçılar" gülələndi. Römə isə özünü öldürmək üçün maqazinində cəmi bir güllə olan tapanca verdilər, lakin o intihardan boyun qaçırdı. Belə olduğu halda "SS" zabitləri özləri onu gülələdilər.


Röm nə qədər geniş addımlarla irəliləsə də, heç vaxt Fürerdən öndə gedə bilmədi...


Bundan istifadə edən Hitler digər siyasi rəqibləri olan Qreqor Ştrasseri, Kurt fon Şleyxeri və Qustav fon Kaarı da aradan götürtdü.
Siyasi düşmənləri aradan götürmə əməliyyatı 29 iyundan 2 iyula kimi davam etdi və "Uzun ülgüclü gecələr" adı kimi tarixə düşdü.
Haşiyə olaraq onuda qeyd etmək istəyirəm ki, 1934-cü ildə Hitler homoseksual silahdaşlarını və ümumiyyətlə bütün homseksualları təqib edərək onların kökünü kəsdi.
Elə həmin il Sovet İttifaqı da homoseksuallığı qadağan etdi və bu cinayət məcələsində də, öz əksini tapdı. Bu məşhur 121-ci (Kişibazlıq) maddə idi ki, kişilər arasında belə bir hala görə 5 il azadlıqdan məhrum etmə; yetkinlik yaşına çatmayan şəxslə( 14 yaş və daha aşağı) homoseksual münasibət isə 8 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum etmə idi. Lakin bu qadağaya baxmayaraq sovetlər birliyinin yuxarı idarələrində homoseksualizm çiçəklənirdi.
Ən maraqlısı isə odur ki, 1923-1930-cu illərdə SSRİ Xalq Xarici İşlər Naziri Georgi Vasilyeviç Çiçerin, yalnız diplomat kimi deyil, həmçinin homoseksual kimidə ad çıxarıb. Öz əcəli ilə 1936-cı ildə vəfat edib.
1936-1938-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarı olan Nikolay İvanoviç Ejov da homoseksual idi. 1938-ci ildə o, dövlət çevrilişinə cəhtdə şübhəli bilinərək, həbsə salınır və istintaq zamanı rəsmi şəkildə etiraf edir ki, hər zaman homoseksual olub. Onu 1940-cı ildə gülələyirlər.



SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK