adalet.az header logo
  • Bakı 18°C
02 Oktyabr 2018 21:10
15884
ƏDƏBİYYAT
A- A+

Prokurorluğun tarixindən

(Prokuror- roman kimi həyat kitabından səhifələr)

Ələmdar Məmmədov
Təqaüddə olan Baş Ədliyyə
müşaviri, prokurorluğun
fəxri işçisi

(əvvəli ötən saylarımızda)

Nəticə: Heç bir orqan həzm edə bilmədiyi səlahiyyətlərlə yüklənməməlidir.Keçən əsrin 30-cu illərində Xalq Daxili İşlər Komissarlığını (NKVD) az qala bütün cəzaverici funksiyalarla yükləyən siyasi rejim hakimiyyətini saxlaya bilsədə 80 ildir nifrətlə anılır,xatırlanır. 80-90-cı illərdə prokurorluğu həddindən artıq səlahiyyətlərlə yükləyən sovet hakimiyyəti özünü qoruya bilmədi, yəni SSRİ adlı dövlət dağıldı.
Xaqımız çoxdan gözlədiyi müstəqilliyini əldə etdi.
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitutsiya aktının 4-cü maddəsinə əsasən keçmiş SSRİ qanunları Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd gəlməyən həddə,müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlayırdı.Ona görə də 7 dekabr 1999-cu il tarixli "Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilənədək 30 noyabr 1979-cu il tarixli "SSRİ prokurorluğu haqqında qanun"-un müddəaları ilə işləməli olduq.
Müstəqilliyimizin ilk illərində Prokurorluq orqanlarında da inqilabi dəyişiklik etmək meyillləri, partokrat,demokrat oyunları,əsassız işdən çıxartmalar,meydanda olduğuna görə ayrı-ayrı insanların peşəkarlıq tələb edilən vəzifələrə təyin edilməsi və.s.barədə çox deyilib,çox yazılıb.Ona görə də mən praktiki işçi kimi qarşılaşdığım bir neçə məqama toxunmaq istəyirəm.
Təəcüblü məsələlərdən biri prokurorluq işçilərini səlahiyyətlərinə aid olmayan işlərə cəlb edilməsi idi.Yay aylarının birində həftənin şənbə günü telefonla zəng edərək sabah saat 12-də Baş Prokurorluqda olmaq haqqında göstəriş verilmişdi.İstirahət günü saat 12-də akt zalında Baş Prokurorun müavinləri bizə-50 nəfərə yaxın rayon prokuroruna kənd təsərrüfatı işləri ilə ciddi məşğul olmaq barədə göstəriş verib 10 dəqiqə davam edən müşavirəni yekunlaşdırdılar.Belə misallardan çox danışmaq olar.
Cəbhə hakimiyyəti döründə buraxılan ən ciddi səhvlərdən biri heç bir zərurət olmadan ştat vahidinin artırılması idi.Təkcə mərkəzi aparatda şöbələrin sayı qısa müddətdə ikiqat artırılmış,eyni adlı qurumlar Naxçıvan MR Prokurorluğunda,Bakı Şəhər Prokurorluğunda,Respublika Nəqliyyat Prokurorluğunda da yaradılmışdı.Bu qurumların yerlərə göndərdiyi göstərişlərin sayı- hesabı yox idi.Bu tapşırıq və göstərişlərə cavab vermək iş vaxtının az qala yarısını aparırdı.1993-cü ildə Əli Ömərovun Baş prokuror təyin edilməsi ilə bu şöbələrin sayının azaldılması sahəsində müəyyən işlər görülsə də, bu iş tam başa çatdırılmadı.
Bir qədər də Azərbaycan Prokurorluğunun tarixinə dair.
1 oktyabr 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100 ili tamam olur.Azərbaycan Demokratik Respublikasının Nazirlər şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı dairə məhkəməsinin nəzdində yaradılmış prokurorluğa məhkəmədə ittihamı müdafiə etmək səlahiyyətləri verilmişdir. Həmin vaxtdan Azərbaycan Prokurorluğu səlahiyyətindən və tabelik aidiyyatından asılı olmayaraq şərəfli bir yol keçmişdir.

Azərbaycan
Prokurorluğunun
rəhbərləri

1.Xasməmmədov Xəlil bəy
28.05.1918-17.06.1918
2.Xoyski Fətəli xan
17.06.1918-07.12.1918
3.Makinski Teymur bəy
26.12.1918-14.03.1919
4.Səfikürdiski Aslan bəy
14.03.1919-22.12.1919
5.Xasməmmədov Xəlil bəy
22.12.1919-01.04.1920
6.Qarayev Əliheydər Ağakərim oğlu
28.04.1920-------- 1921
7.Çvanov Sergey Timofeyeviç
1921-1922
8.Vəlibəyov Bahadur Qasım oğlu
1922-1926
9.Talıblı Böyükağa Mirqasım oğlu
1926-1930
10.Hacıyev Hüsü Hüsynalı oğlu
1930-1931
11.Talıblı Böyükağa Mirqasım oğlu
1931-1932
12.Sultanova Ayna Mahmud qızı
1933-1934
13.Məmmədov Yaqub Məmməd
oğlu 1935-1936
14.Vəlibəyov Bahadur Qasım oğlu
1936-1937
15.Əlihüseynov Ağahüseyin Mehdi
oğlu 1938-1941
16.Cəbrayılzadə Cəbrayıl Həşim
oğlu 1941-1943
17.Əfəndiyev Xəlil Sədrəddin oğlu
1943-1948
18.Əliyev Əliabbas Nəcəf oğlu
1948- 1951
19.Rəhimov Hacı Məmməd oğlu
1951-1954
20.Babayev Adil Salman oğlu
1954-1959
21.Əkbərov Seyfulla Əkbər oğlu
1959-1963
22.Məmmədov Qambay Ələsgər
oğlu 1963-1976
23. Zamanov Abbas Tağı oğlu
1976-1985
24.İsmayılov İlyas Abbas oğlu
1985-1980
25.Qayıbov İsmət İsmayıl oğlu
1990-1991
26.Babayev Murad Köçəri oəlu
1991-1992
27.Şirinov İxtiyar Əlibala oğlu
1992-1993
28.Ömərov Əli Ömər oğlu
1993-1994
29.Həsənov Eldar Hümbət oğlu
1994-2000
30.Qaraliov Zakir Bəkir oğlu
2000-ci ildən hazırkı dövrə qədər.

Göründüyü kimi, Azərbaycan Prokurorluğuna yarandığı vaxtdan 27 nəfər rəhbərlik edib.Xasməmmədov Xəlil bəy,Bahadur Vəlibəyov və Böyükağa Talıblı iki dəfə Respublika Prokuroru olublar.Bir nəfər qadın-Ayna Sultanova prokuror olub. 4 nəfər ADR dövründə,18 nəfər covet hakimiyyəti dövründə,5 nəfər isə müstəqillik dövründə Respublikanın Baş prokuroru vəzifəsinə təyin ediliblər.
Prokuroruğun öz yetirmələrindən ,yəni əmək fəaliyyətinə prokurorluqda başlamış şəxslərdən 3 nəfər Baş prokuror olub.Bunlar Murad Babayev (1991-1992), İxtiyar Şirinov (1992-1993) və 2000-ci ildən hazırkı Baş prokuror Zakir Qaralovdur. Ən gənc Respublika Prokuroru Əliheydər Qarayev (25 yaş),Bahadur Vəliyev (28 yaş),Böyükağa Talıbov (29 yaş), Hüsü Hacıyev (33 yaş) və Adil Babayev (33 yaş) olublar. Ən yaşlı prokurorlar isə Xəlil Xasməmmədov və Teymur Makinski( 45 yaş) idi.
Talesizlik yaşayan prokurorlar:
Xəlil Xasməmmədov 19 iyun 1920-ci ildə Tiflisdə terrora məruz qalıb yaralanır,1947-ci ildə İstanbulda vətən həsrətilə dünyasını dəyişir.
Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə erməni terrorçuları Aram Erkanyan və Musak Kirakosyan tərəfindən qətlə yetirilir. Aslan bəy Səfikürdski-27 aprel 1920-ci ildə parlamentdə sosialist fraksiyasının rəhbəri kimi hakimiyyətin bolşeviklərə verilməsinin qızğın tərəfdarlarından biri olsa da,1922-ci ildə saxta ittihamlarla 3 il müddətinə azadlıqdan məhrum edilir.Cəzasını çəkib qurtardıqdan sonra Bakıya qayıdaraq vəkillik fəaliyyəti ilə məşğul olur,daim stress keçirir və 1937-ci ildə xəstəlikdən dünyasını dəyişir. Əliheydər Qarayev uzun müddət partiya-sovet orqanlarında yüksək vəzifələrdə çalışır,1937-ci ildə əksinqilabı fəaliyyətdə təqsirəndirilərək 41 yaşında güllələnir.Yeganə qadın prokuror olan Ayna Sultanova da 1938-ci ildə əksinqilabi fəaliyyətdə təqsirləndirilərək, həyat yoldaşı Həmid Sultanov və qardaşı Qəzənfər Musabəyovla eyni gündə güllələnir. Böyükağa Talıblı 1938-ci ildə saxta ittihamlarla 41 yaşında güllələnir.
Bahadur Vəlibəyov 1937-ci ilin iyul ayında vətənə xəyanətdə təqsirləndirilərək həbs edilir.Başqalarından fərqli olaraq B.Vəlibəyov heç bir ittihamı qəbul etmir,bütün işgəncələrə mətanətlə dözür. 1938-ci ilin dekabr ayında onun haqqında toplanmış materiallar XDİK-nın nəzdindəki xüsusi müşavirəyə göndərilir.21 iyun 1939-cu ildə XDİK-nın xüsusi müşavirəsi B.Vəlibəyovun haqqında olan cinayət işinin müzakirədən çıxarılaraq əlavə istintaq aparılması üçün qaytarmaq barədə qərar qəbul edir.Repressiyanın başa çatdığı zamanda bu bəraət hökmünə bərabər idi.Lakin məlum olmayan səbəblərdən SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası işi icraatına götürərək 16 fevral 1940-cı il tarixdə qapalı məkəmə iclasında baxaraq B.Vəlibəyovu ölüm cəzasına məhkum edir.Hökm həmin gün icra olunur. 1991-ci ilin noyabr ayının 20- də Qarakənd üzərində Azərbaycana məxsus Mİ-8 vertolyotu erməniər tərəfindən vuruldu.Vertolyotda olan 22 nəfərin hamısı həlak oldu.Respublikanın Baş prokuroru İsmət Qayıbov da həlak olanlar arasında idi. Baş prokurorlardan ən çox vəzifədə olan indiki Baş prokuror Zakir Qaralov (19 ilə yaxın), sonra Qambay Məmmədov (13 ilə yaxın), Abbas Zamanov (8 il doqquz ay), İlyas ismayılov (5 il səkkiz ay), Bahadur Vəlibəyov və Eldar Həsənov (hər biri 5 il altı ay) olublar. Göründüyü kimi, bu 6 nəfər ümumilikdə 56 il Azərbaycan Prokurorluğuna rəhbərlik ediblər.
Ən az rəhbərlik edənlər.

F.Xoyski-20 gün
T.Makinski-3 ay 20 gün.
X.Xasməmmədov -4 ay
İ. Şirinov- 8 ay
M.Babayev -11 ay
Ə.Qarayev -1 il
H.Hacıyev -1 il