adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DÖVLƏT GÖMRüK KOMiTƏSiNiN SƏDRi, KÖMRüK XiDMƏTi GENERAL-LEYTENANTI AYDIN ƏLiYEV CƏNABLARINA!

AQİL ABBAS
35172 | 2007-01-30 02:37
Sizi və rəhbərlik etdiyiniz Dövlət Gömrük Komitəsinin bütün əməkdaşlarını gömrük işçilərinin Peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik, Sizə uzun ömür, can sağlığı və daha böyük başarılar diləyirik!
   
   Ümummilli liderimiz Heydər Əliyevin xarici və daxili siyasətini, dövlətçilik ənənələrini və Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasəti əldə rəhbər tutan və bir proqram kimi həyata keçirən Azərbaycan Kömrük Təşkilatı məhz bu siyasətin nəticəsində dünyanın önündə gedən ölkələrinin kömrük təşkilatları ilə nəinki bir sırada durur, həm maddi-texniki bazasına görə, həm də səviyyəsinə görə hətta birinci onluqda qərar tutur.
   
   Dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın gücləndirilməsində, qaçaqmalçılığa və narkomaniyaya qarşı mübarizədə Azərbaycan kömrükçüləri öz vəzifə borcalarını layiqincə yerinə yetirirlər. Məhz elə buna görə də Azərbaycanın gömrük təşkilatı ölkənin aparıcı qurumlarından birinə çevrilmişdir.
   
   Hörmətli Sədr!
   
   Bir daha Sizi və sizin rəhbərlik etdiyiniz təşkilatın bütün əməkdaşlarını Peşə bayramı münasibəti ilə təbrik edirik!
   
   
   
   

TƏQVİM / ARXİV