adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Oktyabr 2018 19:11
6521
HADİSƏ
A- A+

Ağstafada avtomobillə vurulan piyada xəstəxanada öldü

Ağstafa rayonunun Qırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində Ağstafa rayonunun Qırlı kəndi ərazisində Tovuz rayon sakini Rabil Rüstəmov idarə etdiyi "VAZ-21013” markalı avtomobillə yolu keçən kənd sakini Samir Qurbanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.