adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 Oktyabr 2018 18:39
10290
ƏDƏBİYYAT
A- A+

Türkiyənin məşhur, cazibədar yazıçısı Bakıya gəlir - Oxucularla görüş

Azərbaycan və Türkiyədə bestseller olan "El Vedüd" kitabının yazarı Tuğçe Işınsu Bakıda - "Əli və Nino" kitab mağazaları şəbəkəsində qonaq olacaq.

BakuPost xəbər verir ki, oktyabrın 6-da "Əli və Nino"nun Gənclik Mall filialında saat 16:00-da oxucularla görüş və imza günü planlaşdırılıb.

Kitabları əsasən psixoloji roman janrında olan yazarın bir çox əsərləri var ki, son bir neçə ildə oxucular tərəfindən çox bəyənilir və sevilir.

Müəllifin "El Vedüd" , "Ol der ve olur" , "Onu kendine aşık et" və digər populyar kitabları imza günüdə oxucularına təqdim olunacaq.