adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Oktyabr 2018 17:53
12435
ELM VƏ TƏHSİL
A- A+

Uşaq bağçalarının ərzaq təminatına dair rəqəmlər açıqlandı

"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü ilə Lənkəran şəhər uşaq bağçalarında "Ərzaq təchizatına özün nəzarət et” adlı ictimai tədbir keçirilib.


Cəmiyyətdən verilən məlumta görə,şəhərdə fəaliyyət göstərən uşaq bağçalarının əməkdaşları, valideynlər, ictimai təşkilat nümayəndələri qurumun rayon üzrə dayaq məntəqəsindən başlayaraq, ərzaq məhsullarının təchizat sxemini müşahidə ediblər.

Səhmdar Cəmiyyətin Satınalma və təchizat işinin təşkili departamentinin müdiri Abbas Hacıyev, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Nəsirli iştirakçıllara məlumat veriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılmış "Ərzaq məhsullarının tədarükü və təchizatı”ASC-nin əsas fəaliyyət istiqaməti ölkənin aqrar sektorunun inkişafına təkan verməkdir.

Səhmdar Cəmiyyətin fəaliyyətə başlamasından qısa vaxt keçməsinə baxmayaraq, paytaxtla yanaşı 12 regionda bölmələr, 38 rayonda dayaq məntəqələri yaradılıb, regional bölmələr inzibati bina və lazımi avadanlıqlarla təchiz edilib. Mərkəzi Bakıda olmaqla 12 rayonda xüsusi təyinatlı, dünya standartlarına cavab verən soyuducu tipli depo-anbarlar qurularaq istifadəyə verilib, bu anbarlarda ölkədə istehsal olunan bütün növ ərzaq məhsullarının standartlarına uyğun olaraq uzun müddətli, keyfiyyətli saxlanma şəraiti təmin edilib.

Hesabat dövrü ərzində dövlət büdcəsindən maliyyələşən satınalan təşkilatlarla (körpələr evi-uşaq bağçaları, xəstəxanalar və s.) 836 sayda müqavilə bağlanılıb. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ərzaq təlabatının təmin edilməsi üçün 1865 sayda təchizat nöqtəsi yaradılıb.

2017-ci il üzrə 736 dövlət uşaq bağçası 29 min ton (dəyəri 43 milyon manat), 2018-ci ilin 8 ayı ərzində isə 709 uşaq bağçası 18 min ton (dəyəri 33 milyon manat) həcmində 27 adda ərzaqla təmin olunub.

Hazırda Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonları üzrə 168 dövlət satınalan təşkilatı mövcuddur, bunlardan 136-ı uşaq bağçalarıdır. Cari ildə bölgədəki satınalan təşkilatlar üzrə 92 ton (1,6 milyon manatlıq), uşaq bağçaları üzrə isə 683 ton (1,2 milyon manatlıq) həcmində ərzaq məhsullarının tədarükü həyata keçirilib. Lənkəran şəhərində mövcud olan 65 uşaq bağçası üzrə 279 ton (490 min manatlıq) həcmində təchizat həyata keçirilib.