bahis siteleri bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri Adalet.az | Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı Adalet.az | Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / AVTOMOBİL

Bakıda dayaqsız və nəhəng piyada keçidinin inşasına başlandı

14899    |   2018-10-02 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda nəhəng piyada keçidi inşa edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli özəl olaraq Trend-ə açıqlamasında bildirib ki, 130 metrlik yerüstü piyada keçidi orta dayaqlar olmadan inşa edilir. Piyada keçidi xüsusi asqılar üzərində dayanacaq və bakıda ilk dəfə asma piyada keçidi olacaq: "Piyada keçidi paytaxtın Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə inşa olunacaq. Keçid 3 giriş-çıxışdan ibarət olacaq. Çıxışın biri Asif Məhərrəmov küçəsinə, biri 20 yanvar küçəsinə, digəri isə Moskva prospektinə çıxacaq".


A. Nəcəfli bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq, paytaxt Bakıda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkətini, vətəndaşların küçə və prospektlərdən rahat və təhlükəsiz keçidini təmin etmək istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir: "Bu tədbirlər çərçivəsində Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu” adlanan ərazidə yeni asma piyada keçidinin inşasına start verilib. Yerüstü piyada keçidinin ümumi uzunluğu 134 metr təşkil edəcək. Keçid Moskva prospektini keçməklə avtomobil tuneli üzərində inşa edildiyi üçün orta dayaqsız olacaq. Keçidin tunelin üzərindən keçən və 80 metr uzunluğa malik olan hissəsi hazırda prospektin 20 yanvar küçəsi ilə kəsişmədə inşası aparılan və 30 metr hündürlüyə malik olacaq pilona (dirək) bərkidilmiş xüsusi asqıların (tros) köməkliyi ilə saxlanılacaq. Bundan əlavə, sözügedən kəsişmədə yolun hər bir istiqaməti üzrə giriş-çıxış hissə inşa olunacaq. Keçidin əsas konstruksiyasına birləşəcək həmin hissənin uzunluğu isə 54 metr olacaq. Həmin hissə də pilona bərkidilmiş asqıların köməkliyi ilə saxlanılacaq. Asma keçidin yol səthindən hündürlüyü ortalama 6 metr, qalereyasının eni isə 3.5 metr təşkil edəcək". A. Nəcəfli deyib ki, Tikinti işləri mövcud tikinti norma və qaydalarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. İşlərin 2019-cu ildə yekunlaşdırılması nəzərdə tutulub.



İmza:

Novxanı-Pirşağı və Xaçmaz-Xudat avtomobil yolunda rənglənmə işləri aparılır

DİQQƏT! Bu yolda rənglənmə işləri aparılacaq

DİQQƏT! Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

Azərbaycanda bu maşınların istifadəsi qadağan ediləcək - SİYAHI

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

Sürücülərin diqqətinə: Bu yollarda rənglənmə işləri aparılacaq

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALAR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Bakının 2 rayonunu birləşdirən yol yenidən qurulub

Deputat: “Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır” - VİDEO

Nobel prospekti ilə bağlı XƏBƏR, həmçinin...

Bakıda bu küçənin təmiri başa çatıb - Gediş-gəliş üçün açıqdır

SON XƏBƏRLƏR
2019-06-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK