adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
02 Oktyabr 2018 14:48
5321
HADİSƏ
A- A+

Binədə qəza zamanı şlaqbaum açıq olub? - Araşdırma aparılır

"Azərbaycan Dəmir Yolları” QSC ötən gün Binə qəsəbəsində baş verən qəza zamanı qatarın keçdiyi maşın yolu ərazisində şlaqbaumun açıq olması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, qəzanın başvermə anının görüntülərinə baxış keçirilib. Lakin video keyfiyyətsiz olduğunundan şlaqbaumun açıq olub-olmadığını müəyyən etmək çətindir.

"Şlaqbaumlar nazikdir və uzaqdan çəkilişdə görsənməyə bilər. Ona görə də biz daha keyfiyyətli görüntüləri əldə etməyə çalışırıq. Hazırda həmin yolda şlaqbaumun açıq olub-olmaması məsələsi araşdırılır".

S.Qədirova qeyd edib ki, qəza ilə bağlı müxtəlif variantlar mövcuddur: "Sovet dövründə olan normativə əsasən şlaqbaumun uzunluğu 2.70 metr olub. O zaman yollar dar olduğu üçün bu norma idi. Amma hazırda yollar enli, şlaqbaumlar qısadır, avtobus açıq olan hissədən keçə bilər. Variantlar çoxdur, araşdırılıb dəqiq məlumat deyiləcək”.

Qeyd edək ki, ötən gün Xəzər rayonu Binə qəsəbəsində qatarla 160 nömrəli avtobusun toqquşması nəticəsində 34 nəfər yaralanıb, 1 nəfər ölüb.(azvision.az)