adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Oktyabr 2018 12:44
19057
MƏDƏNİYYƏT
A- A+

Baş nazir qərar imzaladı - İki muzey birləşdirildi

Azərbaycan Dövlət Din Tarixi Muzeyinin Azərbaycan İstiqlal Muzeyinə birləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.

Mədəniyyət Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.