adalet.az header logo
  • Bakı 18°C
02 Oktyabr 2018 12:41
8349
DÜNYA
A- A+

Türkiyə DİN-dən maraqlı açıqlama: Amerikalılar İraqda terrorçulara təlim keçir

Amerikalılar İraqın şimalında PKK terror təşkilatının silahlılarına təlim keçir.

Trend-in məlumatına görə, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

O qeyd edib ki, ABŞ vətəndaşlarının İraqın şimalında və terrorçuların sırasında mövcudluğunu təsdiq edən faktlar var.

S.Soylunun sözlərinə görə, digər terror təşkilatlarına yardım göstərən başqa ölkələr də mövcuddur.