adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Oktyabr 2018 12:14
7325
MƏMLƏKƏT
A- A+

İcra başçısı şikayətləri “açıq mikrafon”da dinlədi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərdən növbətisi Gəncənin Gülüstan qəsəbəsində baş tutub.

"Açıq mikrofon” şəraitində keçən görüşdə 60-dan artıq sakinin şikayət və təklifi dinlənilib.Çoxmərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil ediblər. Bununla yanaşı işlə təminat, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi kimi məsələlər də dilə gətirilib.

Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Gəncənin əsas və ara küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcək. Görüşdə səsləndirilən bir çox problemləryerindəcə öz həllini tapıb. Bir sıra müraciətlər isə araşdırılması üçün qeydiyyata alınıblar.

Qeyd edək ki, bu tip görüş və fərdi qəbullar sakinlərin problemlərinin öyrənilməsinə və onların aradan qaldırılmasına xidmət edir.