adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Oktyabr 2018 11:38
9132
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: NAMAZA DUR...

Sübhdən oyan , üzünü
Yuyub , silmə gözünü...
Qibləyə tut özünü -
namaza dur...

Duanı içdən keçir
Mərasim üçdən keçir...
Sən dilində bir əcir -
namaza dur...

Hiss etdirmə yükünü
Dərd ürəyə bükülü...
Qəm tərpətməz tükünü -
namaza dur...

Gizlət içdə cidanı
Bu əbədi vidanı...
Sıx kirpikdə nidanı -
namaza dur...

Yazmasam da şeirdə
Deyim uyğun yeri də...
Sən hamıdan geri də -
namaza dur...