adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Oktyabr 2018 11:29
13067
İQTİSADİYYAT
A- A+

Gələn ilin dövlət büdcəsində neftin qiyməti bəlli olub

Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsi layihəsində neftin qiyməti bəlli olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti əvvəlcə 45 dollar səviyyəsində müəyyənləşdirilmişdi. Sonradan büdcəyə yenidən baxılanda neftin 1 barelinin qiyməti 55 dollara qaldırıldı.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri ötən həftə Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezidentə təqdim olunub.