ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Sərxoş gündən reportaj - Ayxan Ayvaz yazır...

13960    |   2018-10-02 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Tural Şahtaxtinski adında bir gənc yazar var. Mən əsgərlikdə olanda kitabı çıxmışdı. Bir-birimizi şəxsən tanımırdıq.

Hərbi xidməti başa vurub gələndən sonra bir məclisdə qarşılaşdıq. Mərifətli oğlana oxşayırdı, leksikonunda "bəy”, "siz” sözlərindən eninə-boluna istifadə edirdi.

Həmin gün yaxşıca içdik, dedik-güldük, aramızda səmimiyyət yarandı. Dedim, başını burax, bu "bəyin-məyin”, adam dilində danış, qazaxlı olasan, hər kəlmənin başı "bəy”dən başlaya.

Güldü, dedi, bir də olmaz. Metroya düşəndə mənə öz kitabını hədiyyə etdi: "Uzaqda bir şəhər”.

Ondan sonra tez-tez görüşdük. İndi bu yazını yazdığım vaxt da Tural zəng eləyib soruşur ki, hardasan, gəl oturaq içək.

Səhərə qədər gəzdiyimiz o gün isə yadımdan çıxmır. Deməli, Oda Teatrda "Bəyaz şedevr” tamaşasına baxıb kövrəldik, xeyli vaxt özümüzə gələ bilmədik.

Turala dedim, evə getmək istəmirəm. O da dedi, gedək içək. Kafələrin birinə gedib nisyə yazdırdıq.

Başladıq içməyə, az sonra sıralarımız genişləndi, məclis doldu-daşdı. Mən dil qəfəsə qoymadan danışır, şeir deyirdim. Sonra çıxıb şəhəri gəzdik, soyuğu saya salmadan o küçə sənin, bu küçə mənim dolandıq.

Yanımızda aktrisa xanım vardı, onu evə aparmalıydıq. Amma söhbətimiz o qədər maraqlı alındı ki, qız bizdən ayrılmaq istəmədi.

Boş küçə ilə getdiyimiz vaxt bir taksi saxlayıb, "hara gedirsiniz” deyə soruşanda cavab verdik ki, pulumuz yoxdu.

Taksi şoferi səxavətli çıxdı, dedi, mən sizi apararam. Sevincək taksiyə mindik. Amma şoferin yaxşılığından sui-istifadə edib şitlik açdıq, dedik-güldük, şəkil çəkdirdik.

Şoferlə də selfie eləmək istəyən aktrisa xanımın aldığı cavab isə bizi susdurdu: "Mən şikəstəm, xanım. Lazım deyil”.

Qızın evlərinin yanında xeyli söhbət etdik, düz üç dəfə sağollaşdıq, əl tutduq, amma qız getmək istəmədi.

Axırda, o da biz avaralara qoşulub getdi. Səhərə qədər boşalmış, kimsəsizləşmiş şəhərin parklarını, küçələrini, məhəllələrini gəzdik.

Söhbətin şirin yerində siqaretimiz qurtarmazmı ola? Ə, nə danışırsan? Ay Tural, yaxşı bax, ciblərini eşələ. Yox, yox, siqaret-zad yoxdu.

Neyləyək-neyləməyək, düşdük şəhərin canına, açıq dükan tapana qədər bizimki bizə dəydi, amma siqareti alanda heç kim çəkmək istəmədi.

Kola aldıq, dükanın qarşısındakı soyuducunun üstünə qoyub balaca bir məclis düzəltdik. Stəkanı əlimə götürüb tost dedim. Mənim yarıciddi, yarızarafat çıxışım onları xeyli əyləndirdi, gülməkdən kolanı içə bilmədilər.

Sonra ətrafa baxdım, yavaş-yavaş maşınlar yolların bakirəliyini pozdu, tək-tük adamlar gözə dəydi. Ürəyim sıxıldı. Kolanı başıma çəkib dedim ki, şəhərlərin gözəlliyini pozan adamlardır.

O gün yaman gün oldu. Xeyli şəkil çəkdirdik, dedik-güldük, yuxulu, mürgülü sözlərlə bir-birimizi təriflədik. Özümüzü inandırdıq ki, biz gələcək üçün lazımlıyıq, bu millətin içindən çıxan istedadlarıq.

Hə, Turalla belə günlərimiz olub. Əslində "günlərimiz” deyirəm, amma tanışlığımız heç iki ay olmaz.

Amma düşünürəm ki, bir insanı tanımaq üçün illərin, ayların keçməyi gərək deyil.

Axı bəzən on bir il bir yerdə oxuduğun sinif yoldaşın, dostun, qardaşın dediyin adamla bu qədər səmimi ola bilmir, ona ürəyindən keçənləri deyə bilmirsən.

Biz Turalla bu az zaman içində bir yerdə gülmüşük, bir yerdə kövrəlmişik, belə pis çıxmasın, bir yerdə yatmışıq, kitab mağazasında, kitabların üstündə.

"Kitab” dedim yadıma düşdü. Hər gün evə gedirəm. Turalın kitabı ilə qarşılaşıram. Oturub çay içə-içə kitaba baxıram, amma heç cür əlimə alıb oxuya bilmirəm.

Bir azdan Tural zəng eləməlidir. Demişdi, görüşərik. Kitabı oxuyam gərək. Görən nə yazıb?




İmza:

Xalça Muzeyində beynəlxalq konfrans olub

Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq

Əbülfəs Qarayev şikayətləri dinlədi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI

“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurlarının görüşü

Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub

SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK