adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Oktyabr 2018 10:16
21733
MƏDƏNİYYƏT
A- A+

Məşhur dirijor Bakıda konsert verəcək

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Tamaşaçılara görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri təqdim olunacaq.

Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edəcək.