ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Özündən böyük xanımlarla evlənən məşhurlar...

16161    |   2018-10-01 21:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəmiyyətimizdə müsbət qarşılanmayan hallardan biri də kişilərin özündən yaşda böyük xanımlarla ailə həyatı qurmasıdır. Bu cür evliliyin qarşısında sədd olan, yalnız mühavizəkar valideynlərimiz ( əsas da analar ) deyil, elə qızlarımızın içərisində də böyük çoxluq özlərindən yaşca kiçik oğlanlarla münasibətlərin rəsmləşdiriliməsinin yol verilməzliyi mövqeyindədirlər. Həmin "yüksək məntiq"ə malik zərif cinslərə görə nəinki 1-2 yaş, hətta bir neçə ay yaşda kiçik olan əks cinsləriylə evlənmək belə absurdur.
Yaşca böyük qadınlarla evliliyə qarşı olan digər şəxslər isə psixoloqlardır. Onlar özündən yaşda böyük xanımla ailə həyatı quran kişilər ya psixoloji travma alması, ya da ana qayğısından məhrum olmalarıyla bağlayırlar. Psixoloqların irəli sürdüyü fikri inkar etmək olmaz və haqlıdırlar. Lakin bunu hər kəsə şamil etmək doğru deyil. Kifayət qədər psixoloji travması olmayan və lazımi qədər düzgün ana qayğısı görən oğlanlar var ki, görmək istədiyi mənəvi, fiziki parametrləri özündən yaşda böyük qızda, xanımda tapır. İndi isə özündən cavan əks cinsləri ilə ailə həyatı quran xanımları misal çəkim.
Hitlerin sevimli kinorejissoru olan Leni Rifenştal 70 yaşında özündən 35 yaş kiçik pərəstişkarı olan kinooperator Horst Kettner ilə ailə həyatı qurur. Onların bu evliliyi 8 sentyabr 2003-cü ilə qədər, yəni Leni Rifenştal 101 yaşında dünyasını dəyişənə qədər davam edir.
Britaniyalı aktrisa, prodüser, yazıçı Coana Kolinz 5 dəfə ərə getmişdi. O, sonuncu dəfə 2002-ci ildə özündən 32 yaş kiçik olan teatr meneceri Persi Gibsonla ailə həyatı qurur. Coananın hazırda 85, ərinin isə 63 yaşı var.
SSRİ və Rusiyanın xalq və estrada müğənnisi, xalq artisti Nadejda Babkina 2003-cü ildə özündən 30 yaş kiçik olan gənc xanəndə Yevgeni Qor ilə izdivacı başlayır. Tezliklə bu izdivac vətəndaş nikahı ilə nəticələnir. Artıq 15 ildi onlar birgə yaşayırlar. Hazırda Nadejdanın 68, gənc ərinin isə 38 yaşı var.
2011-ci ildə SSRİ və Rusiyanın xalq artisti Alla Puqaçova özündən 27 yaş cavan olan, məşhur aktyor, şoumen Maksim Qalkin ilə münasibətlərini rəsmləşdirirlər. Hazırda Allanın 69, Maksimin isə 42 yaşı var.
İspaniyanın Alba ərazilərinin 18-ci hersoginiyası Kataena Alba ( tam adı Kataena Fitç-Ceyms Stüart ) 2011-ci ildə 3-cü dəfə ailə həyatı qurmaq qərarına gəlir. O, seçimini özündən 25 yaş cavan olan şəxsin üzərində edir. Həmin vaxt onun 86, əri Alfonso Diyesin isə 61 yaşı var idi. Bu evlilik cəmi 3 il çəkir, çünki 2014-cü ilin 20 noyabrında hersoginya həyatla vidalaşır.
Britaniya kinorejissoru Samanta Teylor Vud 2009-cu ildə özündən 23 yaş kiçik olan kanadalı həmkarı Aaron Teylor Conson ilə ailə həyatı qurur.
Fransa müğənnisi Edit Piaf bir neçə dəfə ailə həyatı qurmasına baxmayaraq, sonuncu dəfə 47 yaşında özündən 20 yaş cavan olan Teo Sarapo ilə evlənir. Hətta gənc yunanlı ərinə görə pravoslavlığı qəbul edir.
Məşhur sovet aktyoru, Rusiyanın xalq artisti Sergey Makoveçkiy özündən 18 yaş böyük olan Yelena Demçenko ilə ailə həyatı qurur.
ABŞ aktrisası Demi Mur 2005-ci ildə üçüncü dəfə ailə həyatı qurmaq qərarına gəlir. O, özündən 15 yaş cavan olan aktyor Eşton Kutçer ilə evlənir. Bu evlilik 6 il çəkir.
Amerikalı aktyor, rejissor Kristofer Bakus özündən 14 yaş böyük olan aktrisa Mira Sorvino ilə ailə həyatı qurur.
Hollivudun məşhur aktyoru Hyu Cekman 1996-cı ildə özündən 13 yaş böyük olan avstraliyalı aktrisa Debora Li-Förnes ilə ailə həyatı qurub. Hal-hazırda Hyu Cekmanın 49, həyat yoldaşının isə 62 yaşı var.
Rus aktrisası Nonna Qrişayeva 2006-cı ildə ikinci dəfə ailə həyatı qurur. Onun ikinci həyat yoldaşı Aleksandr Nesterov özündən 12 yaş kiçikdir.
Müğənnilər Meraya Kerri əri Nik Kennondan 11, Madonna ikinci əri Qay Riçidən 10, Şakira da futbolçu əri Jerar Pikedən 10 yaş böyükdürlər.
Rusiya teleaparıcısı Yana Rudovskaya 3-cü dəfə ailə həyatı quran zaman, əri Yevgeni Plüşenko ondan 8 yaş kiçik olur.
Bu siyahıya həyat yoldaşlarından 6 yaş kiçik Kurt Rasseli, özündən 3 yaş böyük xanımla evlənən Antonio Banderası və ərindən 6 yaş böyük olan Yeva Mendes kimi hollivud ulduzlarını əlavə etmək olar.
Qızların sevimlisi olan türk seriallarının aktyoru Kıvanc Tatlıtuq da özündən 6 yaş böyük olan Başak Dizerinlə ailə həyatı qurub.
Elə Azərbaycan da bu cür evliliklər əsasən incəsənət sahəsində gözə dəyir. Bir çox məşhurlarımızı diqqətinizə çatdırım.
Kinomuzun unudulmaz simalarından olan Nəsibə Zeynalova iki dəfə ailə həyatıq qurmuşdu. Onun ikinci əri olan Novruzov Mütəllib 11 yaş özündən kiçik olub. Bu evlilikdən aktyor Cahangir Novruzov dünyaya gəlib.
Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası Gülər Nəbiyeva özündən 16 yaş kiçik olan sənət yoldaşı Eşqin Quliyevlə evlidir.
Müğənni Elçin Cəlilov da vaxtı ilə özündən 15 yaş böyük olan sənət yoldaşı Lalə Dadaşova ilə bir neçə il ailəli olub. Həmçinin teleaparıcı Ülvira Qarayeva da özündən yaşça kiçik oğlanla ailə həyatı qurub.
Çoxları yuxarıda nümunə çəkdiyim siyahını nəzərdən keçirdikdən sonra, "əşşi artist tayfasından nə gözləyirsən ki, mini ilə gəzib, yüzü ilə evlənirlər". Bu cür düşünməklə oxucular hardasa haqlıdırlar, çünki qeyd etdiyim cütlüklərin heç də hamısı qarşılıqlı istək, hörmət, eşq, bağlantı üzərindən ailə həyatı qurduqlarını iddia etmək inandırıcı deyil.
Amma bu cür evliliklər, yalnız incəsənət nümayəndələri arasında deyil digər məşhurlar sırasında da rast gəlinir.
İslam peyğəmbəri Muhəmməd həyat yoldaşı Xədicədən yaşça kiçik olub. Bəzi qaynaqlarda həyat yoldaşı ondan 17, digərlərində isə 9 yaş böyük kimi göstərilir. Bu Muhəmmədin ilk, Xədicənin isə 3-cü evliliyi idi. Bu evlilikdən rəsulullahın 6 övladı dünyaya gəlib.
Peyğəmbərin 11 zövcəsi, 3 cariyəsi olmasına baxmayaraq, onun ən çox sevdiyi, dəyər verdiyi xanımı Xədicə olub. Məhz Xədicə həyatdaykən o, birzövcəli olub. Yalnız sevimli xanımı dünyadan köçəndən sonra rəsulullah çoxarvadlı olur.
Britaniyanın 40-cı və 42-ci Baş naziri olmuş yəhudi əsilli Bencamin Dizraeli özündən 12 yaş böyük olan Meri Anna ilə ailə həyatı qurur. Cütlüklər bir-birlərinə sadiq və xöşbəxt olurlar. Hətta 1872-ci ildə Meri Anna vəfat edəndə Bencamin ikinci dəfə ailə həyatı qurmur.
Dünya şöhrətli dedektiv yazarı Aqata Kristi 40 yaşında özündən 14 yaş kiçik olan arxeoloq Maks Mallouenlə evlənir. Bu yazıçının ikinci və sonuncu evliliyi olur.
Dünyaya meydan oxuyan Napaleon Bonopart özündən 6 yaş böyük olan Jozefina ilə ailə həyatı qurur. Napaleona qədər Jozefina Fransanın siyasi və hərbi xadimi olan general Aleksandr de Boqarne ilə ailə həyatı qurur. Bu evlilikdən onların iki övladları dünyaya gəlir. Aleksandr de Boqarne edam edildikdən sonra Jozefinanın saysız "eşq" macəraları başlayır. Onlar içərisində inqilabın gənc qəhrəman generalı olan Lui Lazar Qoş və Pol Barras ( O, 1795-1799-cu illərdə faktiki olaraq Fransanın dövlət başçısı olmuşdu ) da olur. 1795-ci ildə Jozefina Fransanın gənc, şücaətli generalı olan 26 yaşlı Napaleon Bonopartla izdivacı başlayır. Bir il sonra isə general ona evlənmə təklifi edir və 9 mart 1796-cı ildə cütlüklər evlənirlər. Napaleonla evli olmasına baxmayaraq, Jozefinanın digər məşuqları da olur. Lakin gənc general buna göz yumur.
1799-cu ildə Napaleon dövlət çevrilişi edərək hakimiyyəti ələ alaraq I Konsula - diktatora çevrilir. 5 il sonra isə Napaleon özünü imperator elan etmək qərarına gəlir. Tacqoyma mərasiminə Roma papası VII Piy də dəvət edilir. Napaleon Roma papasından özünü və sevimli həyat yoldaşı Jozefinanı imperatrliça olmasına xeyr-dua istəyir. VII Piy Napaleonun imperator olmasına xeyr-dua versə də, Jozefinanın imperatriça omasına etiraz edərək bildirir: "Monarxiyanın taxt-tacında əyləşən xanım əvvəllər ərdə olmayan və mütləq bakirə biri olmalıdır"! Bu ifadədən sonra imperator özü tacı Jozefinanın başına qoyaraq onu kraliça elan edir. Beləliklə, Roma papasının xeyr-duası olmadan, əxlaqsız bir qadın Fransanın imperatriçası olur.
Digər dünya nəhəglərindən olan, adı çəkilən zaman bugün də yəhudiləri qorxuya salan III reyxin SS hərbi birləşmələrinin komandanı, 1943-1945-ci illərdə Almaniyanın Daxili işlər naziri olmuş Henrix Himmler, hələ adı ilə dünyaya səs salmayan zaman özündən 7 yaş böyük olan Marqaret Bodenlə ailə həyatı qurur. Bu evlilikdən onların Qudrun adında qızları dünyaya gəlir.
Kraliça II Yelizavetanın varisi olan, mərhum şahzadə Diananın kiçik oğlu Harri ( hersoq Sassekskiy ) 19 may 2018-ci ildə özündən 3 yaş böyük olan aktrisa Meqan Markla ailə həyatı qurdu. Bu aktrisanın ikinci evliliyidir. Onu da xüsusi qeyd edim ki, bu Britaniya taxt-tacında ikinci qeyri-ənənəvi evlilikdir. Kral VIII Eduart da 1936-cı ildə sevdiyi qadın Uolis Simpsona görə kral taxtından imtina etmişdir. Buna səbəb monarxiya qanunlarına görə, kral, şahzadə bakirə olmayan, boşanmış qadınla evlənə bilməzdi. Uolis Simpson isə 2 dəfə ərdə olmuşdu.
Nəhayət son olaraq Fransanın hazırkı prezidenti Emanuel Makron özündən 19 yaş böyük olan Britcit Mari-Klonla ailə həyatı qurub. Brtitcit gələcək həyat yoldaşının ədəbiyyat müəllimi olur. Britcitin evli və 3 uşaq anası olmasına baxmayaraq, gənc Emanuel ilə gizli izdivacı başlayır. Beləliklə, müəllim tələbə münasibətini mənşuq və mənşuqəlik münasibəti əvəz edir. Onların bu münasibəti 23 ildən çox çəkir. Yalnız 2006-cı ildə Britcit ərindən boşanaraq 2007-ci ilin 20 oktyabrında mənşuqu Emanuel ilə ailə həyatı qurur və madam Makron olur.
Misallar çəkməklə davam edə bilərəm, lakin lüzum görmürəm. Çoxları elə düşünəcək ki, mən bu yazını yazmaqla kişiləri özlərindən yaşda böyük xanımlarla evlənməyə çağırıram. Amma belə deyil! Mənə görə reklam, diqqət mərkəzində olmaq, şan-şöhrət, maddiyyat, seksual tələbat və s. bu kimi istəklərə görə yaşca böyük xanımlarla evlənən "kişi"ləri yaxud özündən cavan oğlanlarla izdivacı olan "qadın"ların əməllərini qəbul etmir, onları kəskin şəkildə tənqid edir, qınayıram. Həmçinin çoxərilliyi də qəbul etmirəm!
Lakin bir həqiqət var! Əgər yaşı 18-dən yuxarı olan, heç bir əqli, psixoloji xəstəliyi olmayan oğlanın, axtardığı parametrləri özündən 5, 8, 10, 12, lap 15 yaş böyük, heç vaxt ailə həyatı qurmayan, əxlaqlı, fədakar, mədəni xanımda ( qızla ) tapırsa onların evlənməsinə niyə də pis baxmalı, qınamalıyıq?!
Bu cür münasibətlərdə oğlanın nə qədər cəsarətli olub, özündən yaşda böyük qıza, xanıma görə ailəsi də daxil olmaqla bütün yaxınlarını qarşısına alıb fikrinin qəti olmasını bildirməsi, hətta ailəsindən üz döndərməsindən çox, qızın oğlanın fədarlığını necə qiymətləndirməsi, addım atması başlıca şərtdir! Çünki əksər qızlar oğlanın istirabının, fədakarlığının, ona qarşı olan saf hislərinin keçici olduğunu düşünürlər. Xanımların belə məntiqsiz düşüncəsinə görə onlarla oğlanlar istirab, qəm çəkir, iradəsi zəifləyər özünə qəsd edir, bəziləri ümumiyyətlə birdəfəlik evlilik dəftərini bağlayır, bəziləri də qadınlara nifrət edən stereotipə çevrilir.
Ümid edirəm ki, yazımla yaş məhdudiyyətindən dolayı bir-birindən ayrı düşmüş, düşən, düşəcək istəklilərin sayı azalacaq.

Abdulla İbrahimli



İmza:
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK