adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Oktyabr 2018 21:24
13723
ƏDƏBİYYAT
A- A+

Sürəyya Nəsibin söz dünyası

Azərbaycan ədəbiyyatında yaradıcı qadın obrazı XII əsrdə yaşamış Məhsəti Gəncəvi ilə başlayır desəm yalan olmaz. M.Gəncəvi dövründə Şamaxı, Beyləqan, Gəncə, Ərdəbil və Təbriz kimi ticarət və sənətkarlıq mərkəzləri olan , şəhərlər mövcud idi. İnkişafın bu pilləsində Şamaxıda Ə. Xəqani, Gəncədə M.Gəncəvi , N. Gəncəvi kimi tarixə çevrilən yaradıcı şairlər var idisə, Naxçıxanda yaradıcılığın digər növü olan memarlıq sahəsində möcüzəli düha olan Əcəmi Əbubəkir oğlunun yaradıcılığı bu beş şəhərədə elm və mədəniyyətin işığını yaşatmışdır. Demək istəyirəm ki, bütün tarixi dövrlərdə Azərbaycn Ədəbiyyatının, incəsənətinin inkişafında Şamaxı, Gəncə və Naxçıvanın yaradıcı mühütünün böyük rolu olmuşdur. Bu mühit bu gündə müasir ədəbiyyatımızda və incəsənətimizdə yaşayır və parlaqlığını göstərir.
Parlaq söz sahibi olan M.Gəncəvi bir rübaisində yazır:

Arvadla kişini bağlayır kəbin,
Bu işə yol verir şəriət, ain.
Mənimsə kəbinim bir rübaidir,
Varmıdır bu kəbinə yol verən bir din?
Söz, sözün gücü Azərbaycan qadınında hər zaman olmuşdur. Məncə XX əsr Azərbaycan qadın yazarlarımızın önündə gedən Əzizə Cəfərzadənin, M.Gülgülü, N.Rəfibəylini , M.ilbazini, H.Büllürini, X.Əlibəylini və onlarca XX əsr yazarlarının yaradıcılıqların dünya ədəbiyyatına örnək etmək olar .
XXI əsr Azərbaycan ədəbiyyatında, mən kiçik bir araşdırmadan sonra bildim ki, bu ədəbiyyatımızda örnək göstərməli otuzdan yuxarı qadın yazarlarımız var ki, bunların hər birinin yaradıcılığı haqqında çox düzgün ifadə tərzi ilə söz deməyə və dünya yazarlarına çatdırmağa dəyər. Lakin bu gün tənqidi və tədqiqi ədəbiyyatımız nəyisə gözdəyir.
Mən Naxçıvan qadın yazarlarından biri haqqında Sürəyya Nəsib ( Sürəyya Nəsib qızı Yusifova Naxçıvanın Şərur rayonunun Axamət kəndində yaşayır, Axundova APİ-nu qurtarmış, müəllim işləyir.)
Surəyya Nəsibin 16-cı kitabı "Bir gün axtaracaq o gözlər məni" , Bakı Elm və Təhsil nəşriyyatı 2018-ci il kitabını satışda gördüm. İlk şeirinə "Vətən deyirəm" ,diqqətim calandı.

Mehrində qoşadır səninlə anam,
Mən sənin mehrində itən deyiləm.
Onunçün sən mənə Sürəyya balam,
Mən sənə fərəhlə vətən deyirəm .
Şeirinin təbiiliyi , həqiqi mənanın çox təşbehlər içərisində itməməsi, şairin dilində sözçülüyün olmaması, həqiqi mənanın göylərdə, küləklərdə, şehdə, çəməndə , buludda və ayda axtarmaması sən mənə Sürəyya balam, mən sənə vətən deyirəm deməsi mənə çox şirin gəldi, kitabı aldım. Şair gənclik məhəbbəti ilə sevən , özünü sevdiyi igidin həyatında görən gənc bir qızın çılğın məhəbbət süzümünü şairin vətən sevgisində o, yanğını şirin-şirin dinləyirsən . Şeiri oxuyaq;

Mən sənin qoynunda ömür sürürəm,
Sən mənim qəlbimdə yuva salmısan
Mən sənin gözünlə səni, görürəəm,
Sən məndə nəyim var , məndən almısan.

Çılğın ailə məhəbbətinin vətən məhəbbətinə çevirir, ailədəki şirin sevgini, vətəndə görür. Tapdanmış yolla gülünə , çiçəyinə, uca dağlarna, axan çaylarına qurban olum demir, özünə yeni cığır açır. Bu cığırda özünün vətənə olan borcunu sadə dillə mübaliğəsiz deyir. Elə klassiklərin, "Gəl-gəl ayaz günləri, İlin əziz günləri" təbiiliyi ilə. Bu təbilik hopmağa təhsil, savad gəzmir. Savadsızın da qanına hopur, 100 illər yaşayır, el deyiminə çevrilir. Oxucu belə yazıları duymağa, əzbərləməyə saatlar sərf etmir. Bax, oxucu, şair Sürəyyada bu öz yerində oturur.
Mən kitabı vərəqlədikcə, Sürəyya Nəsibin sevgisindəki özünəməxsusluğu gördüm. Ona görə də bu yazını yazmağa özümə həvəs, istək götürdüm. "Vətən dərdi" şeirində:

Bir qartalı seyr elədim zirvədə,
Gözlərimə bu quş qəmli toxundu.
Süzmək üçün çox hayladım zirvəd,
Uçanmadı, qanad yerə toxundu.

Sonra gözdən o, yağdırdı leysanı,
Söyləmirəm yetən dərdi çəkirdi.
Demə qartal qınayırdı insanı,
Demə qartal vətən dərdi çəkirdi.

Bəli, vətən bütün yaradılanların vətənidir.O, şirin də, dovşanın da, qartalın da vətənidir , gülün-çiçəyin də vətənidir. Ruzi vətəndədir. Vətən dərdli olanda ruzi azalır. Yaradılanların qəmi çoxalır. Vətəni dərddən, yalnız insan qurtara bilər. Vətən də onu düşmən tapdalayanda kədərli ,dərdli olur. Bax , şair bu qəmi duyan qartalı, insan qarşı kinli görür. Nə durmusan, mən öz qıyımla səni yuxudan oyada bilərəm. Qalx , insan, qalx insan deyir. Şairin harayı içindən gəlir. Başqası minməyə uçarlar gəzir. Şair isə, vətənin dərdini qartalın qıyında duyur. Zəngin sufrə yox, vətəni dərddən qurtarmağı arzulayır. Bu şairin varı dövlətidir, tarixdə yaşadanıdır. "Əvvəlki özümüz" şeirində, şairin içi başqa nisgillə yüklənir. Nadanlıq deyilən dərd onu M.Ə.Sabir çağrışına, C. Məmmədquluzadə harayına aparır. Baxaq:

Deyirdin xoş günlər olacaq bir gün,
Ay keçdi , il keçdi olmadı, axı.
Deyirdin nadanlıq solacaq bir gün,
Nə qədər gözləyək solmadı axı .

Əsir torpaqlarım imdad istəyir,
İmdada yetişən yoxdur hələlik .
Əzəl çırağımız indi hisləyir ,
Alınan hava da ahdır hələlik .

Şair, bu şeirdə ana ürəyi ilə danışır, el oğullarına ayağa qalxın deyir. Vətəni əsir sözündən qurtaran yalnız qaçaq Nəbi, qaya yaran Fərhad, Koroğlu nəsilləri lazımdır. Onlar bu gün elimizdə, yurdumuzda çoxdur. Yalnız əsir sözündən qurtarmaq üçün, el çağrışı , vətən harayı lazımdır. O haraylar da söz adamlarının içindədir. O, onu görür. Şairin ürəyi , əsir torpaqlarımızı qurtaraq yanğısı ilə əzab çəkir, koroğlular, nəbilər arzulayır. Nikbin qalmır. O günlər lap yaxınlıqdadır deyir.
Sürəyya Nəsib vətən haraylı şeirlərindən sonra , oxucuların sağlam məhəbbətə , bənövşə sadiqliyi ilə kökünə, güvənməyə , eşqin ölməməzliyinə, məhəbbətin isə kök salıb ailə baxçasına çevriləcəyinə inanır. Oxucuya mən deyənlərin dalınca gəl, onda köklü olacaqsan deyir. Kök salıb gələcəyə yaşamaq üçün gedəcəksən .

Gör necə sirlidir, bəllidir addan,
Suç deyil məhəbbət oduna yanma.
Eşqinin alovu güclüdür oddan,
İncidir, yandırır kül etmir amma.

Mənim bir arzum var sevəndən bəri,
Kaş hər kəs , xisrəti mələkdən alsın.
Sevənə əl verməz , əlin dəstəyi,
Sevən qoy dəstəyi ürəkdən alsın.

O, məhəbbət yolunu getməyə hamya məsləhət görür, lakin bu yolun sərt enişi- yoxuşu, küləyi- çovğunu, qarı-boranı ,var deyir. Onu sevgiyə çevirib, tez yanıb kağız kimi, tez də sönüb külə dönməyəsən, onu yaşadasan, onunla yaşayasan, o toxumu atdığın ürəkdə münbitlik görəsən, ona qulluq etməyi bacrasan, yaşadasan və yaşayasan, o zaman sən ailə, ailədə sən olacaqsan . Gülli-çiçəkli bağın, baxçan olacaq, Bax, oxucu, mənim məhəbbətin sənə bunu deyir, - deyir, Sürəyya xanım .

Yer sevgi nəğməmi, səma dinlədi,
Könlümə yayıldı , günəsin, ayın.
Düzdür göydən yerə günəş enmədi
Şəfəqlə gönərdi yerə öz payın.

Nizamidə belə bir anlama var ki, məhəbbət olmasaydı, günəş gülməzdi, bulud ağlamazdı, kəhraba saman çöpü götürməzdi. Şair bu anlamında , məhəbbətin gücünü yerlə-göyün titrəməsində görür.
Sanki oxucuya deyir, günəş öz şəfəqlərini yerə olan məhəbbətinə görə göndərir. Əgər yer, torpaq bu qədər günəşə baxmasaydı, günəş bu baxışdan alovlana , yana bilməzdi. Özünü soyutmaq üçün yerə , torpağa nəfəsin göndərib, can verməzdi .
Oxucu, diqqət elə kənd mühitində böyüyən, işləyən, özünə həyat quran bir insan əslində, yanan günəşin göndərdiyi şəfəq deyil.
Lakin şair öz şəfəqini sizə göndərir, oxucuya göndərir. Bax, düşüncə budur, söz budur, böyüklük budur. Özünlə gəzdirdiyin dünyavi məhəbbəti oxucu qucağına verəsən.

O qəlbdən yaranıb candan yaranıb,
Hər səhər sökülən dandan yaranıb.
Damardan qan alıb, qandn yaranıb,
Heçdən tapmamışıq biz bu sevgini.

Yaşamı andırıb, az yox, xeyliyə,
Vəlini o verib kəniz Telliyə .
Şöhrəti o gətirib Məcnun Leyliyə,
Heçdən tapmamışıq bizi bu sevgi .
Sevgi mövzusunda sayı bəlli olmayan şeirlər yazılıb. Hər birindədə bir ustad izi var. Sevgi dünyavi mövzudur. Harada yazılır yazılsın, insan qəlbini ovsunlayır, insan qəlbinə hərarət, sevinc verir. Şairin məndə olan "Hələ görülməli çox işim var" , " Ömrü belə yaşadım". "
Bir gün axdaracaq o gözlər məni" şeirlər kitblarında oxşarı olmayan yüzlərcə məhəbbət mövzulu şeirlərini oxudum. Ana- ata məhəbbəti, vətən-torpaq məhəbbəti, el-oba məhəbbəti, bir də təmiz şair sözündən süzülən məhəbbət.
Bu məhəbbətdə şairin yetişən gənc nəsilə böyük örnəyi uzaqdan görünür. Sev, sevin sevgini yaşadın, yaşada bilmirsənsə, o sevgiyə sığınma deyir. Bəli görünür ki, Sürəyya Nəsib ürəyində sağlam, qürurlu, yalnız özününki olan bir el məhəbbəti, ailə məhəbbəti , bir də onu yaşadan həyat məhəbbəti vardır.
Sürəyya Nəsibin əksər şeirləri onbirlikdir. Qafiyələri və bölgüsü ustad şair yoludur. Kök qafiyələrə daha çox yol verir ki, bu da onun şeirindəki , öz yolunun , öz üslubunun olduğunu sübut edir. Üslubunda nə başqa şairlərin yaradıcılıq yolunu , nədə klassiklərin oxşarlıqlarını görmədim.
Şair həmdə müəllimdir. Azərbaycan uşaq ədəbiyyatının axsadığı bu XXI-ci əsrdə istərdim ki, şairin bu sahəyə marağı ciddiləşsin. Uğurlar arzulayıram. Bütün Naxçıvan yazarlarını salamlayıram. Tarixdə qalasınız deyirəm.