adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Oktyabr 2018 17:53
4534
GÜNDƏM
A- A+

Bahar Muradova: “Fazil Mustafanın dedikləri yanlışdır”

Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın "Azərbaycan universitetləri yaxşı mütəxəssis yetişdirmir” fikrinə münasibət bildirib.Modern.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında çıxış edən B.Muradova F.Mustafının dediklərinin yalnış olduğunu qeyd edib.

Onun sözlərinə görə, təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi.

"Hesab edirəm ki, həm sovet, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrində nüfuz sahibi olan şəxslər var. Belə çıxır ki, Azərbaycandan xaricə təhsil almaq üçün gedənlər daha gəlməsinlər, elə orada qalsınlar? Ona görə də Fazil Mustafanın dedikləri yanlışdır”.