adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Oktyabr 2018 14:42
11284
DÜNYA
A- A+

Tibb üzrə Nobel mükafatının sahibləri məlum oldu

İsveçdə 2018-ci il üzrə tibb üzrə Nobel mükafatının laureatları məlum olub.

Adalet.az xəbər verir ki, bu mükafata amerikalı immunoloq Ceyms Ellison və yaponiyalı immunoloq Tasuku Honjoya layiq görülüb. Onlar xərçəngin müalicəsində yeni immunterapiya üsulunu kəşf etdikləri üçün mükafata layiq görülüb.

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.