adalet.az header logo
  • Bakı 18°C
01 Oktyabr 2018 13:42
8934
SİYASƏT
A- A+

Əflatun Amaşaov onlayn media ilə bağlı təklif verdi

"İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”.

Modern.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin iclasında deyib.

Ə. Amaşov bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.

Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatıladan Ə. Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.