adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Oktyabr 2018 12:39
6698
GÜNDƏM
A- A+

Radikallığı təbliğ edən 19 kitab ölkəyə buraxılmayıb

Bu ilin yanvar -iyun aylarında 171 adda (253010 ədəd) dini ədəbiyyata nəzarət markası verilib

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib. O bildirib ki, bu ilin 6 ayında 483 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb.

"Ötən il ərzində ümumilikdə dinşünaslıq ekspertizasına daxil olan 1540 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmayıb".