adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Oktyabr 2018 11:49
6920
HADİSƏ
A- A+

Binəqədidə çoxmərtəbəli binada yanğın - 15 nəfər təxliyə olundu

Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb.

Adalet.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.