Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Yazarlarımız buddizmə inanırmı? - SORĞU Adalet.az | Yazarlarımız buddizmə inanırmı? - SORĞU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Yazarlarımız buddizmə inanırmı? - SORĞU

12091    |   2018-10-02 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Buddizimdə reankarnasiya anlayışı var. Reinkarnasiya - ruhun təkrar qayıdışı və bədənlənməsi. Ruhun bir bədəndən digərinə keçməsi. Öləndən sonra başqa bir formada ya heyvan, ya da bitki formasında dünyaya qayıdacaqsan. Bu heyvanlara da aiddir. Öləndən sonra insan formasında təzədən doğula bilərlər. Siz necə düşünürsünüz, təkrar dünyaya gələcəyikmi? Ümumiyyətlə reankarnasiyaya inanırsınızmı?



Yazıçı Nəriman Əbdülrəhmanlı: "Ümumiyyətlə, reinkarnasiyaya inanmıram. Aləmin hər bir fərdi, hətta heyvanlar, quşlar, böcəklər, bitkilər belə tək və bənzərsiz yaradılır, öz ömrünü yaşayır, sonra da heçliyə qovuşur. Hər hansı şəkildə yenidən dünyaya gəlmək insanın əbədiyyat sevdasından başqa bir şey deyil, bu, ancaq təxəyyüldə baş verə, bədii yaradıcılığın mövzusu ola bilər ki, bunun da çoxlu örnəkləri var. Amma reinkarnasiya da insan üçün ümid mənbəyi kimi maraqlıdır.




Filosof Müşfiq Şükürov: "Reinkarnasiya hindlilərin deyil təkcə, Platon belə ona inanırdı. O, buna metempsixoz deyirdi. Yəni ruhun köçməsi. Rumidə də bu ideyaya inam sezmək olar. Yaxşı bir fikirdir. Yoxlamamışam. Yalnız inana bilərəm. Amma məntiqi olaraq da çox şeyi izah edir. Məsələn, doğuluşdan insanların arasındakı fərqləri. Adam var, musiqi, poeziya nə deyir, anlamır. Deməli, ilk dəfədir insan kimi doğulur. Çox şeyi izah edir. Həyatı böyük bir səyahət kimi göstərir. Amma yenə də deyirəm. Dəqiqini öləndən sonra deyə bilərəm. İmkanım olsa. Yeri gəlmişkən, Quranda da reinkarnasiyaya işarə edən ayələr var.”




Yazıçı Şərif Ağayar: "Bizdə tənasüh deyirlər buna. Bütün dini və ideoloji düşüncələrdə ölümə don geyindirmə var. Çünki ölüm, ondan sonra həyatın olub-olmaması insanları ən çox maraqlandıran mövzudur. Ölüm hər şeyin sonudursa, bu dəhşətlidir. Din deyir ki, son deyil.

Buddizmi din hesab etmirəm, lakin burda da ölümün son olmadığı, cismin müvəqqəti, təbiət enerjisinin əbədi olduğunu deyilir. İnsan o enerjiyə müxtəlif cismlərdə, hətta bitki kimi də qoşula bilər. Mən bu unikal yozumlara heyranam. Lakin inanc məsələsində sufi-panteistəm. Məncə ruh hər kəsə ayrıca verilir və bu müqəddəs əmanətin cism vasitəsi ilə ləkələnməməsi insanın ən ali vəzifəsidir. Biz əmanətə xəyanət etdiyimiz üçün cavab verəcəyik. Yoxsa dünya çox mənasız olardı. Həyata bir əsər kimi baxsaq axirət məntiqi sonluqdur və bundan gözəl final tapmaq mümkün deyil.”



Yazıçı Varis Yolçuyev: "Həyat çox qısa olduğundan, insanlar dünyadan doymadığından, üstəlik də bu dünyada rəzil, dilənçi kökündə yaşayanları zənginlərə qarşı çıxmaqdan yayındırıb ovutmaq üçün ölümdən sonrakı həyat barədə dinlərə söykənən müxtəlif nağıllar, miflər, əsatirlər uydurulub. Karma fəlsəfəsinin Reinkarnasiyası da sadəcə, bir uydurmadır."






Yazıçı Narıngül Nadir: "Mən insanın ikinci dünyasına –axirətə inanmıram. İnsanlar ölüm xofundan qurtulmaq, dünyanı tərk etmək ağrısını azaltmaq üçün özlərini bu kimi bu kimi şeylərə inandırırlar. Düşünürəm ki, insanın fiziki ölümü ilə onun həyatı başa çatır. Reinkamasiyanı qəbul etmək üçün onun fəlsəfəsini öyrənmək, dərk etmək, ən vacibi isə ona inanmaq lazımdır. Bu başdan inanmadığım üçün bu fəlsəfə mənə maraqlı gəlmir, bu barədə bilgim də azdır. Hesab edirəm ki, bu kimi şeylər əsasən dinin ideoloji silahıdır. İnsanları cənnət- cəhənnəmlə qorxutmaq, onlar axirətdə cavab verəcəkləri ilə hədələyərək itaətə səsləmək dini ideologiyanın başlıca şərtidir. Əgər elmi dəlillərlə sübut etsələr ki, ruhun təkrar qayıdışı var, təbii ki, inanardım. Ancaq hələki bu kimi müddəalar yalnız nəzəri baxışdan o yana keçə bilmir və bir növ illiuziya effekri verir. Ona görə də hesab edirəm ki, real dünyanı doya-doya yaşamaq lazımdır."



Yazıçı Murad Köhnəqala: "Reinkarnasiya inamı ən ibtidai inanclardandı. Bu, hinduizm dinində bir dünyagörüşü formasıdı. Yəni səmavi dinlərdəki Adəm-Həvva nağılı kimi bir şeydi. Mən, ümumiyətlə, heç bir dini təfəkkürü qəbul eləmirəm. Ancaq maraq üçün deyim ki, reinkarnasiya doğru olsaydı, çox istərdim, ruhum hansısa bir panteraya köçsün və yenidən həmin heyvan şəklində yaşasın. Vəhşi olsa da panteranı çox sevirəm. Cəngəllik ağacının budağında dincələn pantera görünüşü mənim üçün ən gözəl mənzərədi.”




Yazıçı Mirmehdi Ağaoğlu: "Ədəbi vasitə kimi xoşuma gəlir. Bədii əsərdə bir obrazı öldürüb təzədən diriltmək, növbəti dəfə hansısa heyvan cildində dünyaya gətirmək maraqlıdır. Əsəri rəngarəng edir. Amma real həyatda belə şeylərə inanmıram. Bu anlayış Hindistanda yaranmış dinlərin uydurmasıdır. Hindistanda insanlar tarix boyu o qədər yoxsul və ağır həyat yaşayıblar ki, yenidən dünyaya gəlib heç olmasa heyvan cildində xoşbəxt yaşamaq arzusu qurublar. Bu da reinkarnasiya kimi bir anlayışı ortaya çıxarıb.”







Yazar Cavi Dan: "İlk dəfə on səkkiz yaşım olanda düşünmüşdüm bu barədə. Yəni düşünmək də deməzdim, sadəcə kaş ki insanın dəfələrlə doğulmaq imkanı olaydı və bir həyatında çatmadığı arzulara növbətisində çataydı, bir həyatında itirdiyi insanları növbətisində tapaydı, deyə bir istək yaranmışdı içimdə. O vaxt bir şeir də yazmışdım həmin düşüncələrimin təsiri ilə. Və 2008-ci ildə o şeiri (artıq reinkarnasiya nədir, bilirdim) "Reinkarnasiya” adı ilə 1-ci Nəsimi ədəbiyyat müsabiqəsinə göndərmişdim, 1-ci yeri qazandırmışdı mənə. Elə sualınıza cavab kimi də onu təqdim edirəm:


REİNKARNASİYA

Bu mənim əllərim, bu ayaqlarım,
Bu mənim topuğum, bu da dizlərim,
Bu mənim tellərim, bu barmaqlarım,
Bu da ki, arxamca ayaq izlərim…

İlahi, bu görkəm, bu boy, bu sima
Mənim taleyimə düşüb beləcə,
Bu bədən adlanan paltarımı da
Ruhum soyunacaq dəli bir gecə.

Ruhum soyunacaq ölüm önündə,
Çılpaq varlığıyla nazlanar elə,
Ömrün son, ölümün ilkin günündə
Hər nə yaşamışdım, dönəcək külə…

Üşüdər ruhumu Tanrı baxışı,
Utanar özünün çılpaqlığından,
Yağacaq üstünə ulduz yağışı,
Dönər bu dünyaya söküləndə dan…

O gah alışaraq, o gah sönərək
Süzər səmalarda, quş kimi süzər
Sonra da sakitcə Yerə enərək
Əyninə geyməyə bir bədən gəzər…”




Şair Emin Piri: "Doğrusu mənim inanmağıma qalsa, enerjinin itməməyinə inanıram. Bir şəkildən digər şəklə keçirik. Dünya var olduqca olmuşuq, sonsuza qədər də mövcud olacağıq. Məsələn, Emin Pirinin yaşı Tanırının yaşı qədərdi. Yəni, əbədi və sonsuzdur. Ömrü də Tanrı ömrü olacaq. Bəs, biz digər şəklimizi xatırlaya bilirikmi? Xeyr. Sadəcə cənnət, cəhənnəmi enerjimiz yaşayacaq. Amma eyni şəkildə, formatda geri dönüş qeyri-mümkündü. Heç bir şey digərini təkrarlaya bilməz.”





Yazar Həmid Piriyev: "Reinkarnasiyaya inanmıram. Məncə bunu təsəlli üçün uydurublar. Həyatını azad, gözəl yaşaya bilməyənlər fikirləşib təsəlli tapsınlar deyə. Əgər belə bir şey varsa da, ruhumun başqa cilddə təzədən doğulmağını istəmərəm.




İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-12-14
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK