adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Oktyabr 2018 11:22
7655
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: SON BU QƏDƏR...

Gəmi qumda oturan tək -
Gözümün dibində oturub...
Nə vaxtdır ki , tənha və tək
Sözümün dibində oturub -
kədər...

Başım ovcumun içində ,
Dilim dişin arasında...
Ürək adlı bir gicin də -
Açır özü yarasın da -
kədər...

Özüm məstəm , yarı hissəm
Əsəbdən gülür halıma...
Yarı tozam , yarı hisəm
Çevirir məni zalıma -
kədər...

...Qopacam gəmi tək qumdan
Durulacaq onda sular...
Arata qoyulmuş şumdan
Toplanmış kədər yuyular -
son bu qədər...