adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Oktyabr 2018 10:14
20049
ELM VƏ TƏHSİL
A- A+

“Zəkalar” liseyində “Məmməd Araz Poeziya günü”

Ümumi təhsil müəssisəsi olaraq yeni ənənələrin təşəbbüskarı kimi tanınmış Bakı şəhəri Xətai rayonunun 287 saylı "Zəkalar” liseyində III "Məmməd Araz Poeziya günü” çərçivəsində Məmməd Araz şeirinin ən yaxşı ifaçısı adını qazanmaq üçün seçim turu keçirilmişdir. 


Adalet.az xəbər verir ki, məktəbin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Aygün Əhmədli, dil-ədəbiyyat müəllimi Xəyalə Tağıyeva və "Məmməd Araz Poeziya günü” layihəsinin rəhbəri Qardaşxan Əzizxanlıdan ibarət münsiflər heyəti qarşısında çıxış edən məktəblilərdən Əbülfəz Rzazadə, Nəzrin Ağazadə, Nicat Səmədov, Nilufər Tağıyeva, Aydan Mehdiyeva, Şəbnəm Haşımlı xüsusilə fərqlənmişlər. Onlar oktyabr ayının əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yazıçılar Birliyi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə III "Məmməd Araz Poeziya günü” və Xalq şairi Məmməd Arazın 85 illik yubileyinə həsr olunmuş yekun tədbirdə çıxış edəcəklər.