Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Eldar Əzizov: “Baş Plan hazır olan kimi müzakirəyə çıxarılacaq” Adalet.az | Eldar Əzizov: “Baş Plan hazır olan kimi müzakirəyə çıxarılacaq” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Eldar Əzizov: “Baş Plan hazır olan kimi müzakirəyə çıxarılacaq”

3487    |   2018-10-01 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə başçısı İlham Əliyev 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

Komitə Bakı şəhərinin baş planının hazırlanması üçün "Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – "The Boston Consulting Group” ("Boston Konsaltinq Qrup”) şirkətini bu işə cəlb edib.

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov bu istiqamətdə işlərin davam etdirildiyini açıqlayıb:

"Bu gün dünya çox böyük sürətlə inkişaf edir. Azərbaycan da buna ayaq uyduraraq, yüksək inkişaf nümayiş etdirir. Artıq bütün sahələrdə işinin peşəkarları çıxış etməlidirlər. Bu səbəbdən Bakının Baş Planın hazırlanmasına da peşəkar mütəxəssislər cəlb olunub. İşin ümumi keyfiyyətinin yüksəldilməsi üçün həm xarici ekspertlər dəvət olunub, həm də yerli memarlar prosesə cəlb edilib”.

BŞİH rəsmisi hazırda konseptual xarakterli tələblərin hazırlandığının vurğulayıb:

"Tələb eidlən məsələlər hazır olandan sonra müzakirəyə çıxarılacaq. Biz də ümumi olaraq öz tövsiyələrimizi vermişik. Amma əsas olan təbii ki, mütəxəssislərin rəyidir”.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işinininiki mərhələdətəşkil edilməsini planlaşdırır.

Birinci mərhələdəpaytaxtla bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı” və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” layihələrinin təhlil edilməsi nəzərdə tutulur.


İkinci mərhələdəKomitə "The Boston Consulting Group” şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyəti ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır.

Yeni Baş plan - "Böyük Bakının Regional İnkişaf Planı” isə 2035-cu ilədək dövrü əhatəetməlidir.


Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında "Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış "Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.

Daha sonra sənəd təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.




İmza:
SON XƏBƏRLƏR
2018-12-16
2018-12-15
2018-12-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK