adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Oktyabr 2018 18:22
13047
İDMAN
A- A+

Dünyanın ən bahalı futbolçusu

İngiltərənin "Mançester Siti” futbol klubu "Pari Sen-Jermen”in hücumçusu Kilian Mbappeni alacağı barədə məlumat yayıb.

Adalet.az-ın xəbərinə görə, bu transfer mançesterlilərə təqribən 224 milyon avroya başa gələcək.

"Mançester Siti” rəhbərliyi dünya çempionu ilə qış fasiləsində müqavilə imzalamaq niyyətindədir.

Keçid baş tutacağı təqdirdə Mbappe dünyanın ən bahalı futbolçusu olacaq.

Qeyd edək ki, hazırda bu titul PSJ-nin hücumçusu Neymara məxsusdur. Braziliyalının "Barselona”dan keçidi 222 milyon avroya başa gəlib.