bahis siteleri deneme bonusu canlı bahis bahis siteleri bahis siteleri canlı bahis kacak bahis https://www.warezm.com kaçak bahis mobil ödeme bahis Adalet.az | Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin böyük uğuru Adalet.az | Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin böyük uğuru Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Polo üzrə Avropa birinciliyində Azərbaycan millisinin böyük uğuru

5005    |   2018-09-30 20:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan millisinə azarkeşlik etmək üçün İtaliyaya gəlmiş bütün həmyerlilərimiz, həmçinin komandamızın hər bir oyununun nəticəsini böyük ümidlə gözləyən hər bir Azərbaycan polo sevərləri üçün milli yığmamızın İtaliyanın Siyene şəhərində sentyabr ayının 20-dən başlanan qızıl medallar uğrunda zəfər yürüşü möhtəşəm və çoxdan gözlənilən bir hədiyyə olub.

Millimizin daha güclü olmasını ardıcıl olaraq sübut etdiyi Niderland, ikiqat Avropa çempionu olan Fransa, Slovakiya və nəhayət turnirin favoriti olan İrlandiya yığmaları ilə görüşlərdə idmançılarımızın mübarizliyi və iradə qüvvəsi hər birimizə fərəh dolu anlar yaşadıb.

Turnir günlərində İtaliyanın Toskaniya kimi qədim diyarında yığmamızın hər növbəti qələbəsi ürəklərmizdə qalibiyyət simfoniyasını səsləndirməklə yanaşı əcnəbi polo mütəxəssislərinin Azərbaycan komandasının nümayiş etdirdiyi fenomenal oyun haqqında etirafları qəlbimizi qürur hissləri doldurub.

30 sentyabr tarixində keçirilmiş Avropa Çempionatının son və həlledici oyununda yaşadığımız duyğular həmin hisslərin məntiqi davamı və kulminasiyası olub.
Yerli sakinlərin və xaricdən gəlmiş çoxsaylı polo sevərlərin böyük həyacan, maraq və gərginliklə izlədikləri İtaliya və Azərbaycan yığma komandaları arasında final yarışması bütün gözləntiləri artıqlaması ilə doğruldub.

Avropa birinciliklərində hər zaman güclü oyun göstərən, 3 finalda iştirak edərək 2005-ci ildə qitə çempionatının qalibi olmuş İtaliya yığması üçün doğma meydanda keçirilən turnirdə birinciliyin bir şərəf işi olmasını, rəqibimizin final oyununa çox ciddi hazırlaşacağını, millimizin oyun tərzinin diqqətlə öyrəniləcəyini, oyunun gedişatından asılı olaraq hansı üsul və fəndlərdən yararlanmağımızın ciddi təhlil ediləcəyini gözəl anlayan yığmamızın üzvləri bu oyunda qələbə qazanmaq üçün bütün qüvvə və bacarıqlarını səfərbər ediblər.
Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atmış Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi və döyüş ruhu qitə birinciliyinin ən böyük sürpriz olub.
Son dərəcə gərgin keçən və dramatik anlarla yadda qalan final yarışmasında rəqiblərinə 8:4 hesabı ilə məğlub olmalarına baxmayaraq idmançılarımız Azərbaycan atçılıq idmanı tarixinə yeni və möhtəşəm səhifə yazıblar.
Milli yığmamızın bu uğuru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atçılıq idmanına göstərdiyi ali diqqət və qayğının gerçək nəticəsi, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının uzun illər ərzində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü fəaliyyətin növbəti təzahürü olub.

Böyük uğur münasibətlə Azərbaycan millisini və bütün idman azarkeşlərini təbrik edir, bundan da yüksək zirvələrin fəth edilməsini arzulayırıq



İmza:

Sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Azərbaycan İkinci Avropa Oyunlarında ilk medalını qazandı - Akrobatika gimnastlarımız fərqləndi

Leyla Əliyeva İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüşüb

Azərbaycan boksçusu Minskdə ermənistanlı rəqibi üzərində qələbə qazanıb

BƏXTİN OLSAYDI «SƏBAİL»DƏ YOX, «MİLAN»DA OYNAYARDIN

“Qarabağ” Çempionlar Liqasının oyunu üçün bu stadionu seçdi

Sabahdan II Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək 82 idmançı kimlərdir? - SİYAHI

Toğrul Əsgərov millinin heyətindən kənarlaşdırıldı

“Bizi çətin qarşılaşmalar gözləyir” - Qurban Qurbanov

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub

“Neftçi” və “Səbail”in AvroLiqadakı rəqibləri məlum oldu - YENİLƏNİB

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

SON XƏBƏRLƏR
2019-06-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK