adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2018 12:57
6354
HADİSƏ
A- A+

FHN özünü atmaq istəyən kişini xilas edib

Xırdalanda intihar etmək istəyən şəxs xilas edilib.

Adalet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər kişi dördmərtəbəli tikilinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.