adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Sentyabr 2018 12:21
6356
HADİSƏ
A- A+

Xaçmazda sex, Bərdədə 4 otaqlı ev yanıb

Xaçmaz rayonunda mebel sexində yanğın olub.

Adalet.az Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 350 m² olan tikilinin (mebel sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları, içərisində olan mebel məmulatları, 6 ədəd dəzgah, 2 ədəd mühərrik və 2 ədəd boya aparatı yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Nazirliyin verdiyi digər məlumatda bildirilir ki, Bərdə rayonunda ümumi sahəsi 80 m² olan 4 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.