adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
28 Sentyabr 2018 20:18
10994
DÜNYA
A- A+

ABŞ-ın dünyaya İranla bağlı çağırışı

ABŞ üçüncü ölkələri İrana investisiya yatırmaqdan çəkinməyə çağırıb.

Adalet.az xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Hauert bəyan edib.

"İran rejiminə xarici investisiyaların yatırılması iranlıların ehtiyac duyduqları islahatların təxirə salınmasına gətirib çıxarır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ İranla sazişdən birtərəfli qaydada çıxıb və noyabr ayında bu ölkəyə qarşı 2015-ci ilədək qüvvədə olan sanksiyaları bərpa etmək niyyətindədir. Bura neft ticarətinə və maliyyə əməliyyatlarına qoyulan sanksiyalar da daxildir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bir müddət əvvəl bəyan edib ki, ölkəsi ABŞ sanksiyalarına dirəniş göstərməkdə davam edəcək.