adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Sentyabr 2018 19:52
8748
İDMAN
A- A+

Azərbaycan şahmatçıları Ermənistanı məğlub edib

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Ermənistan - Azərbaycan - 1,5:2,5

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1

Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0

Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.