Əbülfət MƏDƏTOĞLU: QIĞILCIMI SÖNMƏYƏ QOYMAYIN

ƏBÜLFƏT MƏDƏTOĞLU
53405 | 2018-09-29 10:14

Açılan hər səhərözü ilə birlikdə yeni günün qayğılarını, sevincini, kədərini də gətirir. Vəbiz də bunu bilə-bilə hər gecə səhərinaçılmasını səbirsizliklə gözləyirik. Elə bil ki, tələsirik kədərlə, qayğıylagörüşməyə, qol-boyun olmağa. Görünür bu, insanın təbiətindən irəli gəlir, kədərsiz,qayğısız, sevincsiz yaşaya bilmir. Hər halda, bunu mən belə görür, belə başadüşürəm. Və başqa variantların, başqa səbəblərin olduğunu inkar da etmirəm. Hərhalda, dediyim fikrin kökündə nəsə var. Məhz o nəsəni tapmaq, ona çatmaq üçün,başqalarını deyə bilmərəm, mən səhərin açılmasını çox böyük səbirsizliklə gözləyirəm.Necə deyərlər, kirpiklərimi bir-birinə həsrət qoyuram. Axı açılan səhər gözlərimisevindirəcək və mən kədərimi, sevincimiböləcəm!..

Bəli, yaş özsözünü deyir. Hər gün bir iynə boyu yaxınlaşıram 60-a. Və hər gün də elə yüzqat da bu boyda uzaqlaşıram dünənimdən. O dünəndən ki, orda mənim kəndimqalır... orda mənim yurdum-yuvam qalır... orda mənim bulaqlarım, dağlarım,çaylarım qalır... orda mənim uşaqlıq illərim... orda mənim gənclik sevinclərim...orda mənim bu günə gələn yolumun başlanğıcı tapdalanır... mina basdırılır...Bütün bu dediklərimin göyə sovrulması üçün, külə çevrilməsi üçün mən də az qalamüşahidəçi kimi, özü də ATƏT-in Minsk qrupunun müşahidəçiləri kimi kənardanbaxır, iç dünyamda monitorinq aparıram. Və sonra da özüm-özümə təsəlli verirəmki, bu monitorinq insidentsiz ötüşdü. Atılan güllələr xatirələrimə dəydi... partlayanmərmilər ürəyimin yarasının qaysağını qopardı... Görürsünüzmü, açılan səhərlərmənə nələri yaşadır, mənə nələri diqtə edir və mən də səhəri gözləyirəm buağrılarla yaşamaq üçün...

Hə, indi payızınnəfəsinin duyulduğu bu günlərdə mən köhnə bir xatirənin sapını çözürəm. Əslindəbu köhnə deyil. Yaşı da bəllidi, tarixi də, günü də, saatı da. Söhbət o xatirədəngedir ki, onda mənim kəndim mənim evim odlara qalanmışdı və yavaş-yavaş yanıbkülə çevrilirdi, özü də gözlərimin önündə. Bu hadisə 1991-ci ilin oktyabrayının 30-dan 31-nə keçən gecə baş verirdi. Yanırdı kənd... yanırdı evlər...yanırdı evim... Mən də işıq saçan güllələrin göyü bəzəyən rəngarəng çalarlarıaltında kirpiyimin üzündə düyünlənmiş yaşla baxıram. İndi görün məndə nə boydaürək var ki, baxıram və heç nə də edəbilmirəm. Ev isə yanır... Uşaqlığımla birlikdə, izlərimlə birlikdə... xatirələrimləbirlikdə... divarlardakı nəfəsimlə birlikdə... Xatırlamaq nə qədər çətin, nə qədəracı olsa da, amma açılan səhər özü məcbur edir səni o tarixə, o günlərəqayıtmağa və mən də qayıdıram...

Çox qəribədir,bütün bu yaşananların içərisində ömür də əriyir. Və əriyən ömrün üzdə qalanhissəsi, yəni xəlbirdə qalan sənə sevinc vermir, sənə xoş anlar yaşatmır. Çünkixəlbirdə daha çox kədər qalır, dərd qalır. Bir adamın çəkə bilməyəcəyi kədər...bir ürəyin dözə bilməyəcəyi dərd... Amma Allahın qüdrətinə, möcüzəsinə bax ki,bu sözləri yaza-yaza, o dərdi, o kədəri çəkə-çəkə döyünür ürək... Deməli,yaşayır. Bax, bunun özündə də bir hikmət var, bunun özündə də bir sirr var. Ohikməti, o sirri açmağa, o tilsimin "simsim"ini fəhm etməyə deməkolar ki, imkansızam, acizəm. Sadəcə, bir güvən yerim var. O da içimdəki közərənümiddi. O ümid də səninlə bağlıdı. Sən hər dəfə o ümidi nəfəsinlə, səsinlə, hərəkətinlə sönməyə qoymursan. Elə bil ki, hər təmasda oközün üzərinə bir damcı yağ damızdırırsan sönməsin deyə, ölməsin deyə. Mən isənamərdcəsinə yazıram:


Ayağınınucuna susub baxırlar

Susubyandırırlar, susub yaxırlar...

Soyuqgülləni də susub çaxırlar -

Eləöldürürlər sevmədiklərin -

Qadınlar...


Ürəyişumlayıb əkib, baxırlar,

Dərdşumda gör necə səkib?! - baxırlar...

Baxışlaçarmıxa çəkib baxırlar -

Beləöldürürlər sevmədiklərin -

Qadınlar...


Kirpikdənnəm damır, bulud tökülür

Eləbilirsən ki, umud tökülür...

Baxışdan,duruşdan "Unut!" tökülür

Beləöldürürlər sevmədiklərin -

Qadınlar...


Tütəyiolubdu qarğı dünyanın

Gözyaşı axıdır arxı dünyanın...

Bax,belə fırlanır çarxı dünyanın

Beləöldürürlər sevmədiklərin -

Qadınlar...


Mənbu yaşımın da, bu günümün də

Gördümləzzətini Məcnun dinində...

Bəsdiay ürəyim, sən az inildə -

Beləöldürürlər sevmədiklərin -

Qadınlar...


***

Hərdəngünümü, saatımı bir fikrin çözümünə yönəldirəm... bir istəyin qapısını açmağa,heç olmasa cəftəsindən tutub onu silkələməyə çalışıram. Bu, inadkarlıq deyil, bu, gün öldürmək də deyil.Bu, sadəcə olaraq içimdəki o istəyin qatlarına enmək, onun layları arasındakıgizlənən sirləri öyrənmək cəhdidi. Axı insan məqsədə doğru israrlı cəhdlər etməlidi.Heç olmasa əli, lap heç olmasa gözləri o cəhd etdiyinə toxunmaq, görmək üçün.Bütün bu cəhd məqamı isə təbii ki, vaxt aparır. Vaxt da ömür deməkdi. Bax,aparılan vaxt da hardasa itirilmiş olanda adamı daha çox ağrıdır. Özünüqınamağa, özünü divara söykəyib ittiham etməyə səni təkcə həvəsləndirmir, həm dəməcbur edir. O məcburiyyət də səni bir azda çox çabalamağa, bir az da çox bilgilər əldə etməyə, variantlar düşünməyəvadar edir. Bu düşüncələrin, bu yeni variantların içərisində sən həmin o məqsədinmüəyyən elementlərini, müəyyən cizgilərini öyrənməyə müvəffəq olursan. Onlar dasənə müəyyən stimullar verir. Məsələn, hansısa bir palıd kötüyünü baltalamağa cəhdedirsən. Qolun yorulur, haldan düşürsən. Amma baltanı bir kənara atmırsan. Okötükdən qopardığın kiçik qamqalaqlar səndə ümidin ölməsinə imkan vermir.Görürsən ki, hər balta zərbəsindən sonra kötüyün nə qədər olmasa da kiçik birhissəciyi artıq qopubdu. Onun bütövlüyü də yaralanıbdı, ondan da hissəciklərqopmağa başlayıbdı... Bu bənzətmə uğursuzdu, bəlkə də yerinə düşmür. Amma inadkarolduğumdan bilirəm ki, ömür aman versə, onda sən də mənim məqsədimdən ölməməyimə,inadkar olmağıma haqq qazandıracaqsan.Onda sən də həmin o kötüyün necə əridiyini dəyərləndirəcəksən. İndi deməsən də,onda deyəcəksən ki:


Öyrənməkistəsən dilim - həməndi...

İmanımhəməndi, dinim həməndi...

Mənimürəyimin qıfıl-kəməndi -

Səninəlindədi - sən də demirsən...


Gecəmtikan üstə, gündüzüm perik

Ürəyimşum yeri, özü də herik...

Nəqədər deyirəm, gözümə görük -

Görməkistəyirəm - mən də, demirsən!..


Ahlarıhörərək saç eləmişəm

Həsrətiözümə tac eləmişəm...

Bildiyimsirrimi aç! - eləmişəm -

Görsünləritmişəm, çəndə! - demirsən...


Xəyaltəsəllisi, söz ovutması

Biraz da səbr elə, döz! - ovutması...

Mənim ürəyimin köz ovutması -

Görünürsaçdakı dəndə - demirsən...


***

İtirə-itirəgetmək özü də bir qismət, bir alın yazısıdı. Elə bütün yazıların yalnız biripozulmur. Yalnız bir yazını əsəbi şəkildə cırıb zibil qutusuna atmaq və yaxud əlindəkialışqanla yandırmaq mümkün deyil. Çünki o yazı vərəqə yazılmayıb. Burda bir təşbehgəlir ağlıma. O yazı elə bil ki, siqaretdi. Yandırıb çəkirsən ciyərlərinə,hopdurursan özünə. Onu sənin ciyərlərindən, sənin özündən çıxara biləcək bircəgüc var, bircə imkan var - o da ki, torpaq! İndi bildiniz ki, söhbət hansıyazıdan gedir?!

Bəli,alın yazısını bizim bəzən tale dediyimiz yazını yazan özü o yazını hər gün bizəoxutdurur, yaşatdırır. Sanki bu, yol xəritəsidi. Biz o xəritəylə ömrün keçidlərindənkeçib gedirik son ana doğru, son mənzilə doğru. Və beləcə, bir də başımızıqaldıranda görürük ki, dayanmışıq divarla üzbəüz- aşılmaz, keçilməz divarla.Çünki bu, Çin səddi deyil! Bu, ömür səddidi!

Mənhər gün, hər an o səddin kölgəsini görürəm, hiss edirəm. Və bundan da düzünüdeyim ki, heç narahat da olmuram.

Əksinə,hardasa bunun həyatımda ən önəmli olan Sənə müəyyən qayğısızlıq, rahatlıq gətirəcəyinəgörə sevinirəm də. Çünki mən olan hər yer sənin üçün narahatdı, sənin üçünproblemlidi. Necə deyərlər, mən olmayan yerlər daha gözəldi. Ona görə də sözüngücündən, qələmin diqtəsindən yararlanıb həmin o duyğuları, o düşüncələrimisralamağa çalışıram. Bu da hardasa bir pıçıltıdı, hardasa bir ürək diqtəsidi.Necə deyərlər, öz səbbini almaq üçün, özünə, öz yanğına su səpmək üçün. Bax, eləbu şeirdə də onu deməyə çalışmışam. Yazmışam ki:


Məktubtək ürəyimi

Açdım,sənə oxudum...

Düşündümürəyini -

Ürəyinətoxudum!...


Həranın, hər diqtəsin

Duydumsənin dilindən...

Xəbəriyox heç kəsin -

Tanrınçəkən filmdən!..


Xəyallarıgerçəklik

Yuxularıhəqiqət...

Bilə-biləaldatdım -

Özümümən bu müddət...


Dahafikir eləmə

Çinelədin yuxumu...

Bildirmədə aləmə -

Gizliağla ruhumu!..


***

Bəli,yazımın ön cümləsində dedim ki, hər açılan səhər bizi günün kədəri, qayğısı,sevinciylə salamlayır. Və onu da əlavə etdim ki, artıq yurdsuzluğumun 27 yaşıtamam olur. 27 yaşlı cavanların az qala əllifaizi artıq ailə sahibidi. Deməli, bu 27 ildə Tuğ kəndindən uzaqda, amma doğumşəhadətnaməsinə doğulduğu yer Tuğ kəndi yazılan nə qədər insan gəlib dünyaya. Vəonların da artıq bir qismi valideyndi. Bu valideynlərin uşaqları da doğumkağızında tuğlu kimi qeyd olunub. Amma nə o uşaqlar, nə o uşaqların uşaqlarıTuğu görməyiblər. Tuğu ən yaxşı halda bizlərin dilindən eşitdikləri xatirələrhesabına təsəvvür edə bilirlər. Onu da bir qismi... Deməli, bunun özü da açılansəhərin bizə yaşatdığı dərddi, kədərdi.Biz öz dözümümüzlə daşıyırıq bu dərdi, kədəri...

Mənheç də dərdə, kədərə baş əyməyi, diz çökməyi aşılamaq istəmirəm. Amma bu fikirlərbir gerçəkliyə də söykənir. Bir bardaq su səni aparırsa, ona sel deməyə məcbursan.Bax, bu mənada çəkdiyim kədər, yükləndiyim ağrı-acı məni onun gücünü etiraf etməyəvadar edir. Mən də qələmin gücünə oetirafa gedirəm. Amma bütün etirafların nə qədər səmimi olduğuna zamin durmadandemək istəyirəm ki, çırpınmaq, silkələnmək, toparlanmaq heç vaxt gec deyil!..

P.S.Bu yazını bilgisayara diqtə edəndə öyrəndim ki, siz yazını oxuduğunuz vaxtpaytaxtımızda, daha doğrusu, Məhsul stadionunda "Qarabağa azadlıq!"mitinqi keçiriləcək. Bunun özü də hardasa mənim dediyim silkələnmək, çırpınmaq,özünə dönüş etmək fikirlərimin qığılcımlarıdı. Yəqin ki, "qığılcımdan alovdoğar" fikrini yaddaşınızdan silməmisiniz. Əgər silmisinizsə, onda zəhmətəqatlaşıb qaytarın o müdrik kəlamı yaddaşınıza.


TƏQVİM / ARXİV