Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: Sanki xəstələrə yüksək doza vurmuşdular Adalet.az | Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: Sanki xəstələrə yüksək doza vurmuşdular Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Narkoloji Mərkəzdəki yanğınla bağlı zərərçəkmiş: Sanki xəstələrə yüksək doza vurmuşdular

9494    |   2018-09-28 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, qurumun təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Fərid Dadaşov məhkəmə qərarı ilə Mərkəzdə müalicə aldığını deyib: "Gecə yanğın başlayanda mühafizəçi Amid qapıları döyməyə başladı. Mən yuxudan oyanıb çölə qaçdım. Sanki xəstələrə yüksək doza vurmuşdular. Siqaret çəkməyə icazə vermirdilər, amma mən gizlin çəkirdim. Hadisə zamanı Məhəmmədi orada gördüm, lakin sonra yoxa çıxdı. Təqsirləndirilən şəxslərdən tələbim və şikayətim yoxdur".

Hakim bildirib ki, 54 zərərçəkmişdən 31 nəfəri dindirilməyib.

Təqsirləndirilən M.Məmmədov hadisənin baş verdiyi 15-ci korpusda müalicə alan və sağ qalmış şəxslərin də dindirilməsini istəyib.

Hakim deyib ki, həmin şəxslər növbəti iclaslarda ifadə verəcəklər.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.




İmza:

Sumqayıtda idmançını qətlə yetirən ata-oğulun məhkəməsi başladı

Fədayə Laçının məhkəməsi təxirə düşdü - Vəkil gəlmədi

Gəncə hadisələri ilə bağlı həbs edilən 11 nəfərin məhkəməsi başlayır

General Eldar Mahmudovun istintaqa ifadəsi

Fədayə Laçın: “Mən həyatda çox talesiz qadın olmuşam”

Əli Əliyevin ölümü üzrə iş yenidən məhkəmədə

Ramin Hacılının həbs müddəti yenidən uzadıldı

Fədayə Laçın məhkəmədə son söz deyəcək

Qaynını məhkəmənin qarşısında çəkiclə vurub öldürdü - SƏBƏB?

Binəqədidəki yanğına görə həbs edilən rəis azadlığa çıxdı

Ata-oğul kafedə 43 yaşlı şəxslə mübahisə etdi, sonra onu "qanına boyadılar"

Əli Kərimli cərimələnərək sərbəst buraxılıb - YENİLƏNİB

SON XƏBƏRLƏR
2018-12-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK