ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

“Gəzə bilmirəm, məni qucaqlarında aparırlar” - Fatma Mahmudova

3819    |   2018-09-28 17:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın əməkdar artisti Fatma Mahmudovanın topuğu sınıb.

AkrtisaAzVision.az-a bildirib ki, hadisə ayın 14-də baş verib. O, evdə hərəkət edərkən anidən yıxılıb, nəticədə sağ ayağının topuğu sınıb. 14 gündür gəzə bilməyən aktrisaya yaxınları kömək edir.

"Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getdik. Həkimlər heç nə edə bilmədilər. Ayağım şişib. Əməliyyat olunmaq istəmirəm, yoxsa aylarla yataqda qalaram. Sınığın bitişməsini gözləyirəm. Məni xərəkdə, qucaqlarında aparıb gətirirlər. Xəstəxana rəhbərliyi sağ olsun, hər şeyi təmənnasız edirlər”.

F. Mahmudova vəziyyətinə görə işə gedə bilmədiyni deyib: "Teatrın direktoru Əliqismət müəllim sağ olsun, durumumu nəzərə alıb mənə icazə verdi. Bu ay tamaşam yoxdur, gələn ay "Bankir adaxlı” tamaşasında oynamalıym. Əsa ilə də olsa, səhnəyə çıxacağam. Bundan əvvəl də topuğumu sındırmışdım, ancaq bu dəfə lap ağırdır. Elə vaxt olub ki, bu vəziyyətdə efirə çıxmışam. Ancaq istəmirəm gündəmə ayağımın sınması ilə gəlim. Mən belə şeylərdən utanıram, sənətkar gərək özünə hörmət etsin. Camaatı incitmək olmaz. Heç vaxt problemlərimi insanlar arasında yaymıram, daxilimdə çəkirəm. İnsanlar sağlamlıqlarının qədrini bilsinlər. Kimsə ayaq tutub yeriyirsə, o xoşbəxt adamdır. Mən bunun qədrini indi daha çox bildim. Təkcə Allahdan yardım istəyirəm”.



İmza:

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş olundu

Astanada Qara Qarayevin 100 illiyinə həsr olunan tədbir keçiriləcək

Xalça Muzeyində beynəlxalq konfrans olub

Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq

Əbülfəs Qarayev şikayətləri dinlədi

Dahi bəstəkar Üzeyir Hacıbəylinin portretləri açıq səma altında yaradılacaq

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI

“Aşıq Şəmşir bir nəslin, bir rayonun deyil, bütün Azərbaycanın dəyəri və qürurudur”

“Heç nəyə ehtiyacım yoxdur” - Xərçəngdən əziyyət çəkən aktrisa

Prezident və xanımı “Azərxalça” ASC-nin Lənkəran filialının açılışında

SON XƏBƏRLƏR
2018-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK