Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Kukla Teatrı “Xəzərin sahili”ndən mükafatla döndü Adalet.az | Kukla Teatrı “Xəzərin sahili”ndən mükafatla döndü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Kukla Teatrı “Xəzərin sahili”ndən mükafatla döndü

8172    |   2018-09-28 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 22-24 sentyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan Vilayətində keçirilən "Kaspiyskiy bereq” (Xəzərin sahili) adlı VI Beynəlxalq Teatr Festivalında iştirak edirdi. 

 "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə reallaşan bu səfər Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu. Teatr təmsilçilərimiz Xəzəryanı ölkələrin kukla teatrlarının festivalda repertuarın yeni nümunəsi olan "Üç cəsur” tamaşaçı ilə çıxış edərək münsiflər heyətinin və çoxsaylı tamaşaçıların rəğbətini qazana biliblər. Belə ki, Rusiyanın məşhur teatr mütəxəssislərinin təmsil olunduğu münsiflər özünün teatr ənənəsini formalaşdıran, kukla sənətində öz dəst-xəttini yaradan teatrımızın təqdim etdiyi nümunənin yüksək peşəkarlıq və zəngin kukla sənəti estetikasında hazırlandığını bildiriblər. Beləliklə, tamaşa festivalın laureat və "Priz sodrujestvo” diplomları ilə təltif olunub. Məlumat üçün bildirək ki, Mirmehdi Seyidzadənin "Cırtdan” mənzum pyesinin motivləri əsasında Rəhman Əlizadənin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru və rus dilinə tərcümə edəni Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur. 

 Onu da qeyd edək ki, festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Rusiya Teatr Xadimləri İttifaqı və Həştərxan Vilayət Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki ildən bir keçirilir.


İmza:
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK