Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən dələduza 8,6 il cəza istədi Adalet.az | Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən dələduza 8,6 il cəza istədi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Prokuror özünü MTN əməkdaşı kimi təqdim edən dələduza 8,6 il cəza istədi

13584    |   2018-09-28 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və narkotik vasitə saxlamaqda ittiham edilən Yusif Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror Y.Bayramovun 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

İttihama görə, Y.Bayramov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 234-cü (narkotik vasitə əldə etmə) maddələri ilə təqsirləndirilib. O, Sevdimalı Novruzovu aldadaraq onun oğlunu işə düzəldəcəyi adı ilə pul alıb. Lakin Y.Bayramov vədinə əməl etməyib. Zərərçəkmiş S.Novruzov ifadəsində deyib ki, Y.Bayramov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edib. Bundan başqa, Y.Bayramov Şəki rayonuna gedərkən onu yol polisi saxlayıb. Maşının üzərində həbs olduğu üçün polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb edib. Tərəflər arasındakı danışıqdan sonra maşın cərimə meydançasına aparılmayıb. Y. Bayramov və polis əməkdaşı Şəkidə otellərdən birinin həyətində görüşməyi planlaşdırıblar. Y.Bayramov bildirib ki, polis əməkdaşına 30 manat rüşvət verərkən telefon vasitəsi ilə çəkib. Y.Bayramov həmin görüntülərlə polisi şantaj edərək, bu dəfə özü ondan pul tələb edib. Növbəti görüşdə Y.Bayramov polisdən pul alarkən özü həbs edilib.




İmza:
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK