warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Ramin Hacılının həbs müddəti uzadıldı Adalet.az | Ramin Hacılının həbs müddəti uzadıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Ramin Hacılının həbs müddəti uzadıldı

14583    |   2018-09-28 16:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Nərimanov rayon Məhkəməsində dövlət sərhədini qanunsuz keçməyə cəhddə təqsirləndirilən Ramin Hacılı barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Adalet.az "Report"a istinadən xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqdimat təmin edilib, R.Hacılının həbs müddəti daha iki ay artırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata əsasən, iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəx­rəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib. F.Qasımov da eyni məzmunlu ifadə verib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

DSX İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun həbs müddəti daha 2 ay 15 gün müddətinə uzadılıb.



İmza:

Rüşvət almaqda təqsirləndirilən baş həkimə hökm oxunub

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının cəzası azaldılıb

Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi

Gəncə hadisələrinə görə həbs edilən bir qrup şəxsə hökm oxundu

Keçmiş müavini Cahangir Hacıyevi məhkəmədə ittiham edib

Baş Prokurorluq ANS-lə bağlı XƏBƏR yaydı: “Bərpası müzakirə predmeti deyil”

Fədayə Laçın və digərləri məhkəmədən vaxt istədi

MTN-in sabiq idarə rəisi azadlığa buraxılıb

Məhkəmədə Rəşad İlyasov və Rüfət Axundovun həbs olunması tələb edilib

Baş prokuror xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb

İş adamlarından pul tələb edən baş redaktora 12 il HƏBS

Şahid: Cahangir Hacıyev Qazaxıstanda neft yatağı alıb

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK